İslam da sevgi konsepsiyası ilə çıxış edir. Quran, Peyğəmbəri (s) "رحمة للعالمين“ (aləmlərə rəhmət) olaraq tanıtdırır:
وَ مَا أرسلناكَ إِلَّا رَحْمَة لِلعالَمينَ
"Biz səni aləmlərə rəhmət olaraq göndərdik"
Ənbiya surəsi, 107-ci ayəǝ.
Bəzən iki nəfər bir-birini cəzb edir və bir-biri ilə dost və yoldaş olmaq istəyirlər. Sözsüz, bu qarşılıqlı cazibənin bir səbəbi vardır və bu səbəb insanlar arasındakı mənəvi oxşarliqlardır. Bu iki nəfər arasında hər hansı bir oxşarlıq olmasaydı biri-birini cəzb etməz və dostluq etməyə çalışmazdılar.
Bir neçə gün əvvəl yuxu görmüşdüm və biraz narahat idim. Hacı gəldiyi zaman, yuxumu ona danışdım və dedim: Əgər mümkündürsə bir neçə gün qal, sonra get, çox narahatam. Qorxuram nəsə hadisə baş verər.
Hacı vacib bir əməliyyatın tədarükün gördüyü üçün güldü və dedi: Nigaran olma, ürəyin rahat olsun, başıma heç bir hadisə gəlməyəcək.
Mən hələ təqvada o həddə çatmamışdım ki, narahat olmayam...
Sonra bir məsələni mənimlə bölüşdü və dedi: Mən Məkkədə Allahdan istədim ki, əsir yox, şəhid olum... Bu söhbətləri danışdığımız zaman müştərək həyatımızdan cəmi 27 gün keçmişdi...