Qadınların daxilində müqəddəs yanğın var. Onlar sevgiyə fundamentalistlərin tanrıya inandığı kimi inanır. Qarşılaşdığın qızın kimliyindən, özünü necə aparmasından asılı olmayaraq, istər qayğısız davranışları, istərsə də müstəqil görünüşü olsun, fərqi yoxdur, çox dərinlikdə bu müqəddəs alovu özü üçün mühafizə edir.
-Mənim üçün evlilik kimyəvi yanğın kimi bir şeydir.
-Əla metaforadır.
-Metafora deyil, təcrübədir... Praktika. - Zaman keçdikcə kişi və qadın arasında olan hər şey yanır, məhv olur, bitib tükənir. "Yaxşı olan nə varsa" demək istəyirəm. Bir də gözlərini açanda görürlər ki, kül içindədirlər.
-Bəs niyə məhz "kimyəvi yanğın?"
-Çünki yanğından sonra aralarında ancaq sərt, yanmayan maddə qalır. Nifrət. Kədər. Kin. Və qorxu. Qəzalar. Fabriklərdə baş verən partlayışlar. Yanğınlardan sonra həmişə axıra qədər yanmayan, qaralmış dəmir,metal hissələr qalardı. Bu tablo mənə evliliyimi xatırladır.