Məni istilik basırdı. Məni istəyir deyə düşünürdüm. Mən də onu istəyirdim. Hər ehtimala qarşı, özümü nəzarətdə saxlayırdım. Bu məqamda dayanmalı idim. İrəliyə daha bir addım atsaydım, geriyə qayıtmağım mümkün olmazdı.
Heç vaxt heç kimi qəsdən incitməmişdim, amma yaxşı niyyətlərim olsa da, lazım gələndə tamamən öz mənafeyini güdən, hətta qəddar bir insan ola bilirdim.