Həyatımda oxuduğum ən maraqlı kitabdı deyə bilərəm. Tezliklə hətta indi 2-cisinədə başlayacam. Ağladığım,xəyallarına aşiq olduğum və həyatını sevdiyinə görə yaşayan Merihe aşiq oldum,bir neçə insanın apardığı eybəcər siyasətə bu gəncləri qurban etmələri məni qəzəbləndirdi.Yaydıqları virusun gənclər üzərində apardığı tədqiqatlar , gələcək həyatlarında nələrisə dəyişə biləcək hadisələr və.s
Amma bir şeyi unutmamamlıyıq o xəstəxanaya əgər Eylül,Asya,Merih,Can və digərləri getməsəydilər əsla tanış ola bilməyəcəkdilər. Və əsla psixoloji problemlərini aşa bilməyəcəkdilər.. Bu həyatda nə yaşanırsa yaşansın, hamısına səbrlə və iradəylə sinə gəlib bizim üçün açılan sevgi qapısına ilk addımlarımızı atmalıyıq.
Sevgi ilə qalın..