Oxumaq istədiyim bu kitab təvafüq nəticəsi hədiyyə olaraq mənə nəsib oldu.Bəzi kitablar vardır ki,fikir bildirmək belə cəsarət istəyər bu kitab həmin kitablardandır.Kitabı oxuduqda sanki yazar qarşınızda oturub danışırmış kimi bir hiss olur.Əgər yazarın youtube səhifəsini izləyirsinizsə nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.Oxuma sonrası,sanki motivasiya videosu izləmisiniz amma motivasiya videolarındakı kimi ani həvəslənmə deyildə,məqsədli bir motivasiya olur.Kitab elə bir kitabdır ki,dəyərli məsləhətlər o qədərdir ki,1 dəfə oxumağın az olduğunu düşünürəm.Bu kitabı oxusanız həm dünyəvi,həm də uhrəvi çalışmalarınız haqqında daha yaxşı çalışmalar edəcəyinizə inanıram. Öğrenmeyi ÖğrenmekAltay Cem Meriç