İlyasova ZərXanım

İlyasova ZərXanım
@Xanim_0511
Kitab oxumağı sevən,çalışmağı sevən birisi
Fizika müəllimliyi(öğretmen)
Fizika
Bakü
23 Mayıs 2003
35 okur puanı
Kasım 2023 tarihinde katıldı
Öyrənməyi öyrənmək istəyənlərə...
10/10
·144 syf.··
2025 8. kitabı
·
17 günde okudu
·
Okunma: 17 Temmuz 2025 11:32
Oxumaq istədiyim bu kitab təvafüq nəticəsi hədiyyə olaraq mənə nəsib oldu.Bəzi kitablar vardır ki,fikir bildirmək belə cəsarət istəyər bu kitab həmin kitablardandır.Kitabı oxuduqda sanki yazar qarşınızda oturub danışırmış kimi bir hiss olur.Əgər yazarın youtube səhifəsini izləyirsinizsə nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.Oxuma sonrası,sanki motivasiya videosu izləmisiniz amma motivasiya videolarındakı kimi ani həvəslənmə deyildə,məqsədli bir motivasiya olur.Kitab elə bir kitabdır ki,dəyərli məsləhətlər o qədərdir ki,1 dəfə oxumağın az olduğunu düşünürəm.Bu kitabı oxusanız həm dünyəvi,həm də uhrəvi çalışmalarınız haqqında daha yaxşı çalışmalar edəcəyinizə inanıram. Öğrenmeyi ÖğrenmekÖğrenmeyi Öğrenmek Altay Cem MeriçAltay Cem Meriç
Öğrenmeyi ÖğrenmekAltay Cem Meriç · Tin Yayınları · 20243,563 okunma
Reklam
9/10
·88 syf.··
2025 2. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ocak 2025 00:12
Mimar Sinanı,əsərlərini tanıdıqca onun düşüncəsinə,zəkasına və biliyinə heyran olmamaq əldə deyil.Həyatda etdiyi işləri ilə əsla təkəbbürlənməyən,yaşadığı dönəmin irəlisində işlərlə önə çıxmağına baxmayaraq,daim təvazusu ilə tanıdıb özünü.Allah'a olan təvəkkülü,imanı,səbrlə hərəkət etməsi bizlərə bir dərs verir.Memar Sinanın gördüyü işlərdən əlavə xalqın haqsızlıqlarına belə ağılla verdiyi cavablar məndə gözəl təəssüratlar oyatdı.Tək gayəsini öz cümlələri ilə belə ifadə edir:"Ümit ederim ki kıyamete kadar gayret ve çalışmalarım unutulmaz ve yaptığım eseler yıkılsa bile bu anıları okuyanlar,beni hayırdualarından unutmaz." ALLAH ondan razı olsun,amin Mən Süleymaniye Camii kimi məscidlərdə namaz qılmaq şansı olan insanlardan olmaq istəyərdim.İnşallah ki,bu xəyalım gerçəkləşər. Bu kitabdan götürdüyüm dərs nə oldu desəniz"həyatın gayəsini,məqsədini bilib sevdiyim işi haqqıyla etməli olduğumu,axirətim üçün faydalı işlər görməm gərəkdiyini,işimi sevgiylə edərsəm,faydalı olacağını və o zaman yorulmayacağımı" anladım.Yoxsa kitabın sonundakı əsərlərin siyahısına baxıbda insan onları saymağa belə yorularkən,bir neçə il ömürə bu qədər işin sığmasındakı bərəkəti anlamaq çətindir.Demək ki,bir işi görərkən orda Allah'ın rızasını umursansa o iş bərəkətli,feyzli olar. Mimar Sinan - Yaptığın İşi Gönlünde Hissedersen Irmaklar Çağlar İçindeMimar Sinan - Yaptığın İşi Gönlünde Hissedersen Irmaklar Çağlar İçinde
Hayata Dair
Mimar Sinan - Yaptığın İşi Gönlünde Hissedersen Irmaklar Çağlar İçindeTuğba Sarıünal · Destek Yayınları · 2021555 okunma
10/10
·125 syf.··
2024 8. kitabı
·
106 günde okudu
·
Okunma: 20 Aralık 2024 17:54
Nefs Terbiyesi ve Ahlâkı GüzelleştirmeNefs Terbiyesi ve Ahlâkı Güzelleştirme kitab bir sözlə möhtəşəm,kitabı dərs niyyəti ilə oxudum deyə uzun zamana oxudum.İlk dəfə idi ki,İmam Gazalinin kitabın oxuyurdum.Həqiqətən,möhtəşəm baxış,möhtəşəm,kitab,dilidə o qədər gözəldir ki.Hətta bu kitabı oxuduqdan sonra İmam-ı Gazalinin İhyâ-u Ulumi'd-Din (4 Cilt Takım)İhyâ-u Ulumi'd-Din (4 Cilt Takım) kitablarına niyyətləndim,İnşallah. İnanıram ki,neçə dəfə oxusam hər birində yeni nələrisə öyrənsəm yenə də öyrənmədiyim,anlamadığım(yəni,ruhuma işləməyən)nələrsə olacaq,çünki,məna dərindir,məna o qədər də hekayə deyil ki,oxudum anladım deyə insan.Uzun sözün qısası,oxuyun sizdə.Rəbbim müstəfid olanlardan etsin.Amin
Din İslam
Nefs Terbiyesi ve Ahlâkı Güzelleştirmeİmam Gazali · Çelik Yayınevi · 20214,589 okunma
10/10
·224 syf.··
2024 7. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Aralık 2024 22:46
Öncə fesleğeni oxumuşdum,sonra seyyahı oxudum.Fesleğeni necə bəyənmişdimsə seyyahdə elə.Kitab barədə düşüncələrim o qədər çoxdu ki,bilmirəm nə yazım.Obrazların məsumluğu mu desəm,gərçəklik mi desəm,Seyyah danışdıqca ağlımda canlanan Tahir Amcanın atolyesi mi,Seyyahın pəncərəsi çox zaman açıq olan mətbəxtində çay dəmləməsi mi,Fesleğenle oturduqları pəncərə kənarındakı masamı desəm,küçələr mi, hamsı beynimdə o qədər canlanıb ki,sanki,hekayəni mən yaşamış kimi oldum.Kitabı oxuduqca özümdən yola çıxdım və anladım ki,yazmaq üçün yazmaq istəmək lazm deyil,yazmaq üçün bişmək lazımdı,bəzən dərdlənmək.Əgər,sizi anlamayan insanların arasında isəniz,bu kitabı oxuyun və doğurdanda anlamadıqlarını düşünüb,uzaqlaşın.Uzaqlaşın deyərkən onların daha xoşbəxt olacaqları yerdə olmaları yaxşıdır.Həyatınızda sizi anlayan insanların olması gözəldir,danışmasaz belə anlayarsız ,inanarsız,o dərdini deməsə belə anlayarsız ya elə insanlar. Sadi Şirazinin çox bəyəndiyim sözün əmanət edirəm sözlərimin sonuna doğru "Anlaşılmak nimet.Anlayacak insanla karşılaşmak ise büyük kısmet." Rəbbim həs kəsə müstəfid olmağı nəsib etsin.Amin.
Duygu ve Düşünce
Eyvallah 1Hikmet Anıl Öztekin · Hayy Kitap · 201712,4bin okunma
Puan vermedi·400 syf.··
2024 6. kitabı
·
16 günde okudu
·
Okunma: 08 Aralık 2024 16:19
Kitab barədə onu deyə bilərəm ki,böyük həyat dərsləri yox idi kitabda,amma,bir böyük dərs var idi ki,səhv etmə Əgər kitabı bir gənc kimi oxuyursunuzsa,ordakı Ülkəri görüb ona görə addım atmağı məsləhət edirəm.Başqa çıxardığım nəticə o oldu ki,övlad yetişdirmək asan deyil,övladlarımıza elə tərbiyə vermək lazımdır ki,dünya həyatına atıldıqda sanki,illərin təcrübəsi varmış kimi yaşamağı bacarsınlar. Bu dünyaya niyə gəldiklərini,necə yaşamalı olduqlarını öyrətmək lazımdır. Bunu da əvvəl özümüz bilməliyik.
Hayat ve İnsan
ŞantajElhan Elatlı · Teas Press · 0491 okunma
Reklam