Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xatira Abdulla

Xatira Abdulla
@XatirAbdulla
Kitablarmı bizi oxuyur,bizmi kitabları.....
Filoloq
Bakı
4 okur puanı
Kasım 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
564 syf.
·
Puan vermedi
O.Pamuk "Kafamda bir tuhaflık" 10/10 Modern dastan və sevgi hekayəsi deyə bəhs olunur bu romandan. Pamuk bu əsər üzərində 6 il çalışıb. Keçid dövrü yaşayan İstanbul,beyaz yakalılar,gecəqondular,şəhərə pul qazanmaq üçün gələnlər,eşqi qəlbən və qürurla yaşayanlar,müsəlman olmaq və ya müasir olmaq daha nələrrr nələr var bu romanda..... 555 səhifəlik bu romana baş qəhrəman Mövludun beynini ələ keçirən,qəlbini çuğlayan fikirlərlə başlayıb,elə eyni fikirlər və üstəlik yeni yaranan suallarla birgə bitiririk: "Tuhaflık bulaşıcı mı,yoksa şehrin genlerinde mi var?" Mövlud adlı qəhrəmanımız atası ilə birgə şəhərə küçə satıcılığı ilə pul toplamaq,əmisigil kimi şəhərə köçmək niyyəti ilə gəlir. Mövlud İstanbulu sevir,bozanı sevir,evinə qayıdarkən qəribə fikirlərin beynini çuğlamasını belə sevir. Mövlud işləyir,Mövlud yeni insanlar tanıyır.... Mövlud aşıq olur- bəs kimə? Mövlud evlənir -kiminlə? Əsərdə qəfil enişlər və yoxuşlarla qarşılaşırsınız... Halbuki cümlələr,monoloqlar sözə əsərin sakit olacağına dair əminlik bəxş edir... Pamuk qələminin özünəməxsus nişanları da bu əsərdə yer alır ki,siz bu nisanları yalnız bir neçə Pamuk əsərini oxumaqla görə bilərsiniz.....
Beynimdə Qəribəlik
Beynimdə QəribəlikOrhan Pamuk · Qanun Nəşriyyatı · 201513,5bin okunma
Reklam
428 syf.
·
Puan vermedi
Həyəcanla bitirməyə çalışdığım, həmçinin bitirmək istəmədiyim bir kitab oldu. Romanın baş qəhrəmanı Tom Hazard hal-hazırda nə az nə çox 439 yaşı var və bu gün XXI əsrdə vaxtı ilə sevgini tapdığı şəhərdə tarix müəllimi işləyir. Qəhrəmanımız bu illər,daha doğrusu əsrlər ərzində müxtəlif zaman kəsiyində müxtəlif yerlərdə, müxtəlif adlarla həyatda qalmağa çalışıb. Ümidlə getdiyi bir həkim qapısında buraxdığı səhvə görə özü də istəmədən "Albatros cəmiyyəti"nə üzv edilir. Bəli edilir- onu işlədiyi yerdən götürüb tamamilə fərqli bir ölkə və məkana gətirirlər. Elə əsas həyəcan burdan sonra başlayır, Tomun sakit həyatı bir ekstrimə çevrilir. Amma nə deyim əvvəlki həyatı mənə daha maraqlı gəlmişdi,hansı ki, Tom Şekspirlə işləyib, Fitsceraldla şam yeməyi yeyib, London taununda sevdiyini itirib, anasını cadugər ovçuları öldürüb və sairə və ilaxır.......
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,8bin okunma