Və bu da sən Lüsyen....
Səndə də belə oldumu? Yəni ölüm anında olanda, əslində, özünün deyil, mənim öldüyümü hiss etdinmi? Sən dəmi zülmət qaranlığa qərq olacağın üçün deyil, baxışlarımızın bir daha toqquşmayacağını bildiyin üçün əzab çəkdin? Bir həyatı birlikdə yaşamış iki insanın ikisi də öldükdən sonra geriyə nə qalır? Bu gün qəlbimdə qəribə hiss var, özümü sənə xəyanət etmiş kimi hiss edirəm. Ölmək, mənə səni həqiqətən öldürmək kimi görünür. Deməli, ölüm anında təkcə həyatda olanları deyil, bir tək bizim qəlbimizdə yaşayan insanları da öldürməyimiz lazım imiş.