Y.Mən

Y.Mən
93 okur puanı
Ağustos 2021 tarihinde katıldı
"BENİM HER ŞEYİM VAR AMA BİR SENİM YOK."
7/10
·400 syf.··
2023 46. kitabı
Və seriyanın sonuncu kitabı... Kitab nağıllardakı kimi xoşbəxt sonluqla bitti, bu qədər hər şeyin xoşbəxt bitməsini istəməzdim:( Amma yenə də təsirli anlar çox idi. Kitabın əvvəli daha həyacənlıdır ancaq sanki hər şey çox tez sonlanır kitabın sonlarına qədər həmin həyəcanın davam etməsini istərdim. Vanessanın qəhrəmana çevrilməsi çox da ürəyimcə olmadı. Çünki onu kitabın ikinci dərəcəli obrazı olaraq görürdüm və bir anda qəhrəmana çevrilir. Drew Sam greenin də donor ola biləcəyini bilməli idi axı o mükəmməl idi:(( Marcus bu kitabda ən sevdiyim obrazlardan biri oldu. Eqosu ,davranışları kitaba çox rəng qatdı.Ümumi olaraq son kitab üçün gözləntilərimin aşağısında qaldı . Qyed etdiyim kimi sonun bu qədər pozitiv bitməsi məncə kitabın keyfiyyətini aşağı saldı. Drew və ya Yeşildən birinin ölümü kitabı daha təsirli , daha real edə bilərdi.Dünyəvi xoşbəxtlik məncə çox bəsit qaldı.Yenə də tövsiyə edə biləcəyim bir kitabdır ancaq 3 cü cild bu seriyada ən sevdiyim kitab oldu. Drew:"Benim her şeyim var ama bir senim yok." Marcus:"Bu dünya benim gibi MÜKEMMEL birini kayb etmeye hazır değil" Yeşil"... Onunlayken yanlış bile fazla doğru geliyor " Vanessa:"Çünkü hep dediğin gibi canavara dönüştüm artık" Emily:"Hani severken korkan adamlar vardır ya,işte Drew Bruce Marshall o nadir adamlardan biriydi"
Ötanazi Okulu 4Maral Atmaca · Ephesus Yayınları · 20234,058 okunma
Reklam
4/10
·472 syf.··
2023 43. kitabı
Gözləntilərimin aşağısında qalan bir kitab. Kitabın müsbət tərəfləri bəzi dərin fikirlərə yer verilməsi, maraqlı idea seçilməsidir. Kitabın əvvəli daha həyəcanlıdır. Bir tərəfdən obrazların əvvəlki həyatı bir tərəfdən də onların "enkaz altımdakı" həyatını görürük. Enkaz altından çıxarılması hissəsi mənim üçün boşluq olaraq qalır. Yəni həmin hissəyə qədər onların nə cür nə şəkildə çıxacağını düşünürük, ancaq bir anda özümüzü xəstəxanadakı Kumrunun yanında tapırıq. Hətta inandırıcılıq payı orda itir ki , uzun müddətdir polis eləcə də ailələr işin içindədir, ancaq bir anda hər şeydən Araz xəbər tutur və bilmədiyimiz şəkildə xilaskar olur. Əsər bir anda Kumru Uraz sevgisinə dönür , daha dərin daha həyəcanlı idea gözləyərkən,kitap belə bəsitləşdirilir. Obrazların aralarındakı dialoqlar normaldır,zaman zaman gülümsədir. Ancaq təkrar təkrar eyni zarafatlar olunur. Əsərdə 2 dəfə ağır komadan möcüzə əsəri çıxan iki obrazın olmadı(Kumyr,Azar) və bu obrazların Urazın həyatında mühüm rol oynaması təkrar əsərdəki reallığı itirir. Hər hansı obrazın ölməsi və ya Kumrunun hekayəsinin yarımçıq qalması və bu hekayəni Urazın davam etdirməsi mənim üçün daha uğurlu sayılardı.Yazıçı isə sanki heç kəsin qəlbi qırılmasın ,hamı cütlük olsun ,hamı yaşasın, hamı xoşbəxt olsun məntiqi ilə yanaşıb. Ancaq deyəsə bir Bulut ögəydir)))İkinci kitab məndə heç həyəcan doğurmur ,sırf bu kitabı oxuduğum üçün oxuya bilərəm, ama gözləntilərim aşağıdır
Enkaz AltındakilerBeyza Alkoç · İndigo Kitap · 20227,5bin okunma
Puan vermedi·112 syf.··
2023 41. kitabı
Dostayevskinin maraqlı əsərlərindən biri .Oxumaq həqiqətən zövq verən bir əsər idi. Obrazları ayrı ayrılıqda təhlil edəcək olsam:Baş qəhrəman olduqca xəyalpərəstdir. Həqiqətən əsər boyu onun saf duyğuları hiss olunur. Nastya ilə olan münasibəti o qədər səmimidir ki , insana xoş duyğular aşılayır. Nastyaya qarşı hisləri yaransa da bunları gizlətməyi bacarır , heç bir qarşılıq gözləmədən ona mənəvi yardım göstərir. Nastya əsərin əvvəlində baş qəhrəmana ona qarşı nəsə hiss etməməsini demişdi, lakin sonda əslində qəlbində keçmiş sevgilisi olduğu halda baş qəhrəmanın sevgisinə cavab verir.Bu baş qəhrəman üçün həyatındakı ən böyük ümid idi. Lakin Nastya müəyyən qədər eqoist xarakterdir düzdür bəzən onu başa düşmək olar ,ancaq sadəcə özünü öz xoşbəxtliyini düşünməsi heç də haqq qazandırılacaq xüsusiyyətlər deyil. Bir anda baş qəhrəmana sevgi etirafı edib onu zirvələrə çıxardıb , böyük xoşbəxtlik vəd edib , keçmiş sevgisini gördüyü anda onu tərk etməsi olduqca təsirli səhnədir.Bütün bunlara baxmayaraq baş qəhrəman Nastyanı bağışlayır ,hətta onu sevməyə davam edir. Əsər boyu baş qəhrəmanın nə qədər fədakar olduğunu görürük və sondakı bu addımı belə nə qədər fədakar olduğunu deməyə yetir. Ümumilikdə gözəl əsərdir, oxunmağa dəyəcək əsərdir. Və deyə bilərəm ki reallığı göstərən əsərdir.
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 2023102bin okunma
Puan vermedi·112 syf.··
2023 34. kitabı
Ən sevdiyim yazarın şedevr əsərlərindən biri. Yaşadığı dövrün ideologiyasına xidmət etməyən Hüseyn Cavid yaradıcılığının zirvə əsəri. Əsər real müharibə səhnələri verilmədın müharibənin acı gerçəklərini , gətirdiyi yoxluqları göz önünə sərir. Hadisələr əsasən Arif obrazının ətrafında cərəyan edir. Hansı ki bu obraz əsərin əvvəlində müharibəyə qarşı gələn , iblisə nifrət edən , dünyadakı çirkinliklərdən bezib İlahidən özünü göylərə qaldırmasını istəyir və bəşəriyyətin iblisə uyduğunu dilə gətirir,saflığını qorumağa çalışır . Arifin həqiqət axtarışı onu kamil insana çevirmir .Öz nəfsinin quluna çevrilən bu obraz qızıl , silah sınaqlarından çıxmağı bacarmır və Rənaya olan "sevgisi" onu qatilə çevirir , hətta öz doğma qardaşını belə bu yolda qurban verir .iblis və mələk obrazları əsərin mifik surətləridir.Vasif obrazı mədəniyyətn nə demək olduğunu dərk edir.Onun dilindən verilən : -Bəşərə qılıncıdan daha kəskin ulu qüvvə, Yalnız mədəniyyədir ,mədəniyyətdir ,mədəniyyət,- bunu bir daha sübut edir .Ümumilikdə əsərdə çok dərin mətləblərə toxunulub Hüseyn CavidHüseyn Cavid
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,098 okunma
Puan vermedi·416 syf.··
2023 28. kitabı
2 ci cilddəki həyəcan ara vermədən burda da davam edirdi. Hadisələr təsvirlər çoc uğurlu idi , sanki hər hadisə kitabı oxuduqca göz önündə canlanırdı. Lakin yenə də Drev xarakterini gözümdə canlandıra bilmirəm(sanki canlandırsam mükəmməlliyi gedəcək) . Yeşilin ürəyinin bu qədər hadisələrə dözməsi həqiqətən təəccüblüdür . Burda artıq birinci cilddən bəri gizli qalan bir sıra sirlər açılır . Nəyə görə ürəyin dəyərli olduğu, Yeşilin keçmişdə nə yaşadığı ,hətta Drev də artıq buları öyrənmiş olur. Emily xarakterinin cəsarəti hər dəfə bu obrazı daha çox sevməyimə səbəb olur. Əsərin sonunda hadisələr olduqca sürətli inkişaf edir , artıq hər şeyin kulminasiya nöqtəsinə çatdığını yəqin ki demək olar. Səbrsizliklə 4 cü cildi gözləyirəm.Və sonuncu cilddə yeni irq, cpsdəki məlumatlar daha çox ön planda verilsin çox istəyərəm.
Ötanazi Okulu 3Maral Atmaca · Ephesus Yayınları · 20234,880 okunma
Reklam