Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib
Qayəti derlər, ola bir bəndə sultanın sevər.
Fuzuli
Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Eşq ilə şövqün odu canıma kar eylədi,
Gör necə tabında, ey şəmsü qəmər yanaram.
Məndən iraq olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər, yanaram.
Müddəi yana demiş qəmdə, Nəsimi içün,
Qəmdə yanan yarı çün yar sevər, yanaram.
İmadəddin Nəsimi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Məhəmməd Hadi