Dilimizdə Ərəb və ya Fars mənşəli bəzi sözlər var ki, əski əlifba ilə yazılışı fərqli olsa da, mənası fərqli olsa da, səslənməsi baxımından indiki əlifbamızla eyni cür yazılır.
Anadolu Türkcəsində bu mənada vəziyyət bir az da ağırdır, çünki bəzi səsləri ifadə edəcək hərflər (Ə, X, Q) də yoxdur.
Məsələn, Fars mənşəli bu sözlərə baxaq:
Xar (خار) – tikan
Xar və ya xor (خوار) – alçaq, dəyərsiz, saymazyana baxılan
Xar, əslində xər (خر) – uzunqulaq, eşşək.
-Xar və ya -xor (خوار) – kökü “yemək, içmək” mənasında خوردن (xordən) sözündən olan şəkilçi, qəmxar – qəmli (yəni qəm yeyən), xunxar – qaniçən, qəddar.
Bir də bizdə çox çay içənlərə verilən ad var – çayxor :)