Sevinc

Sevinc
15 Aralık 2002
19 okur puanı
Mart 2024 tarihinde katıldı
Puan vermedi·248 syf.··
2026 1. kitabı
Əslində bu kitabı oxuduqca haqqında nəsə yazmaq ürəyimdən keçmirdi, çünki kitabı oxuduqca, mövzusunu anladıqca "niyə belə bir kitab yazılıb?" deyə dəfələrlə sual yaranırdı məndə. Ancaq kitabı bitirəndə anladım ki mənə əsəb verən, qəribə görünən belə bir əsər kimlərinsə hər gün üzləşdiyi reallığıdır. Bəlkə də buna görə oxuduqca təəssüflənirdim. Mənə görə bu əsər digərlərindən daha qəddarcasına yazılıb. Mənim kimi bir çoxları kitabı oxumağa hazır olmaya bilər. Heç nə vaxt oxumalıyıq, hansı yaşdan sonra oxumalıyıq, onu da anlamadım. Mən 23 yaşımda oxudum. Bəlkə də erkən yaşda belə həyatların var olduğuna inanmaq çətin olduğu üçün indi nəsə yazmaqda çətinlik çəkirəm. Amma əminəm ki, bir çox qadınlarımız Ceyran kimi çarəsizcəsinə hər gün ailəsini qorumaq üçün, bəlkə bir gün düzələr deyib kiçik bir ümidlə də olsa səhər oyanıb gündəlik işlərinə davam edirlər. Bəlkə də sonda belə bir fərqindəlik yaşadığım üçün kitabı bu yaşımda oxumağıma, zaman sərf etməyimə çox da peşman olmadım.
Altı Ay, Altı Gün, Altı SaatŞamxal Həsənov · Qanun Nəşriyyatı · 20256 okunma
Reklam
10/10
·500 syf.··
2024 17. kitabı
·
10 günde okudu
·
Okunma: 20 Kasım 2024 23:55
Kitabın cildində də yazıldığı kimi, "ovsunlamaq gücünə malik olan, yaddaşlara hopan kitab". Bu zamana qədər oxuduğum ən gözəl əsərlərdən biri oldu. Yazıçı müharibə illərini və sevgini eyni anda o qədər gözəl təsvir edib ki... Oxuyarkən müharibə şəraitnin çətinliklərini, sevdiklərini itirməyin əzablarını iliklərimə qədər hiss etdim. Onlarla birlikdə mən də ağladım. Uzun müddət təsirində qalıb hüzünlənəcəm yəqin ki. Əsərdə adı keçən hər bir italyan musiqisi artıq playlistimdə də var. O qədər gözəldirlər ki... Xarakterlər: İannis həkim, Pelagiya, Antonio Karolli, hətta Karlo... artıq qəlbimdə daimi yeriniz var.
Kapitan Korellinin MandolinasıLouis de Bernieres · Yay Nəşriyyatı · 2017556 okunma
9/10
·144 syf.··
2024 14. kitabı
Kitabı alarkən çox tərəddüd etmişdim ancaq o qədər axıcıdır ki, bir gündə başımı qaldırmadan oxuyub bitirdim. Romanla bağlı cavablarını tapmadığım bir neçə sualım qalsa da, oxuduğum üçün peşman deyiləm. Uzun müddətdən sonra məni həyəcanlandırmağı bacaran dadı damağımda qalan əsər ︎
Görünməz MürəkkəbPatrick Modiano · Qanun Nəşriyyatı · 202211 okunma
10/10
·490 syf.··
Beğendi
·
2024 9. kitabı
Kaşki daha əvvəl oxuyardım dediyim o kitab. Axıcılığı səbəbi ilə 4 gündə bitirdim. Mövzunun ilərləyişi, sonluğu, hər şey məni o qədər qane etdi ki. İmkanı olan oxusun deyərdim. Bir azdan filmini də izləyəcəm, məndə qoyacağı təəsüratlar üçün səbirsizlənirəm.
Başsız AtlıMayne Reid · Teas Press Nəşriyyatı · 2024806 okunma