Yaşın 17 olsun və belə möhtəşəm kitab yazasan. Sadəcə əhsən. Digər kitablardan fərqli olaraq sanki bunu daha rahat oxuyurdum, daha doğma gəlirdi oxuduqca... Ən fəlsəfi suallara ən sərt cavablar.. Həyatın sadələyindən və mənasızlığından bezmiş bir qrup gənc bu dünyanı dəyişə bilərmi? Oxuduqdan sonra bunun cavabını alacaqsınız. Amma sonda cavabını ala bilmədiyim bəzi suallar oldu: Yeni həyat necə oldu? Aysel niyə anidən gərəgahı tərk etdi? A tam olaraq kim idi? 9cu mərtəbədən tullanıb sağ qalan biri adi adam ola bilərmi? Şeytan idi bu yoxsa Allahın elçisi? Abbas öldümü? Ən əsasda Anarın reaksiyası necə oldu? Təbii ki bu sualların cavabı olsaydı daha aydın ola bilərdi sonu amma yenədə ideal bir sonluq gətirə bilib Elxan. Təbii ki buna görə Qaraqanı qınamıram. Fikrimcə 17 yaşında olan bir insanın yaza biləcəyi ən yaxşı əsərdir. Siz indi təsəvvür edin ki 17 yaşında belə uğurlu və əsrarəngiz fəlsəfi, psixoloji roman yazan biri iləridə nələrə qadir ola bilər. Biz onu gördük, indidə görmək istəyirik. Qaraqan bu xalqın sənə ehtiyacı var. Hər kəsi bunu oxumağa səsləyirəm, təşəkkürlər...