Yusifova Dinarə

Yusifova Dinarə
@Yusifovaly
Carpe Diem
8/10
·200 syf.··
Beğendi
·
2024 11. kitabı
·
11 günde okudu
·
Okunma: 27 Temmuz 2024 18:18
Son zamanlarda oxuduğum ümid dolu kitablardan biridir.Oxuduqca sadə dildə yazılması və yaşadığımız dövrün gerçəkliyi üzrə olması,daha doğrusu bizim insanları, həyatı bu dövrdə daha yaxşı anlamağımız üçün gözəl bir kitabdır. Xoş mütaliələr!
Edebiyat
Hayat Kaybettiğin Yerden BaşlarMiraç Çağrı Aktaş · Indigo Yayınları · 20217,8bin okunma
Reklam
9/10
·96 syf.··
Beğendi
·
2023 24. kitabı
·
5 saatte okudu
·
Okunma: 07 Temmuz 2023 11:13
1928-ci ildə özü də bir bəy tərəfindən yazılmış, həqiqətələru çılpaq bir şəkildə üzümüzə vuran pyes. Qadın azadlığı...Nə deməkdir axı bu qadın azadlığı?Kim izah etsin bizə.Namus deyəndə ağlına ancaq kəlməsini gətirən kişilərmi,yoxsa feminizm adından sui istifadə edən qadınlarmı?Niyə nə qədər inkişaf etsək də bu çox vacib bir məsələdə həddindən artıq cahillik.Bəlkə,cəmiyyətimizdə azadruhlu, özünə hörmət edən, sağlam düşüncəli, uğurlu və s.qadınların olması sərf etmir deyə bilə-bilə cahil qalmaq istəyirik... Çox şey demək istəyirəm, amma başlanğıcı olmayan fikirlərimin sonu da olmayacağına görə sözümü pyesdəki son dioloqla ilə bitirsəm yaxşıdır. -Sevil,sən hara gedirsən? +Sosializmə, fabrikə!Mən oradan gəlmişəm,oraya da gedirəm.Qadınların azadlıq yolu ancaq ordadır! Xoş mütaliələr.
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020616 okunma
8/10
·80 syf.··
Beğendi
·
2023 19. kitabı
·
2 saatte okudu
·
Okunma: 03 Haziran 2023 23:51
Salam,əziz kitabsevərlər.Bu mənim ilk incələməm olacaq.Doğru və ya yanlış bu kitab haqqında öz şəxsi fikirlərimi bildirmək istəyirəm. S.Zweig"Şahmat" kitabı ilə mənim qəlbimdə çox ayrı yerdədir.Yazıçının hələ ki 3 kitabını oxumağıma baxmayaraq psixologiyasını çox sevirəm."Bilinməyən bir qadının məktubu" kitabı məni çox düşünməyə və şəxsən sevgi haqqında düşündüyüm fikirlərimi təstiqləməmə səbəb oldu. Əsər platonik eşq hekayəsidir.Yəni, bir qadın 13 yaşından son nəfəsini verənə qədər bir insanı,həm də onu heç vaxt tanımayan bir insanı sevir.Çox oxucu bu qadının eşqini takıntılı, psixoloji bir durum kimi qəbul edir.Amma mən belə düşünmürəm.Mən həmişə belə düşünmüşəm ki,bir insan bir insandan çox,o insan üçün böyütdüyü öz sevgisini sevir və böyütdüyü bu sevgi sayəsində dünyaya tutunur.Buna görə bir insan yanında olmadığı,onu sevməyən bir insanı sona qədər, böyük bir tutqu ilə sevə bilər.Yoxsa bir qadın onun üçün heç bir əhəmiyyət daşınılmadığı,vaxt keçirdiyi bir sürü qadınlardan biri kimi heç yad belə edilmədiyi,onu tanımayan, xatırlamayan bir insanı necə bu qədər sevgi ilə sevə bilər? R.-nin bu sevgiyə layiq olub-olmadığına gəlsək layiq idi, çünki yenə eyni fikrimə gəlirəm ki,o sevgi ona yox,qadına məxsus idi.O sevgi kimə verilməsindən aslı olmayaraq layiqli sevgidir. Belə.İlk incələmə olduğu üçün fikirlərim bir az uzun oldu.Fikirlərinizi bölüşmək istəsəz,buyura bilərsiniz.Məncə,hər bir insan bir neçə saatını ayırıb bu gözəl,dərin mənalı kitaba şans verməlidir. Xoş mütaliələr
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Venedik Yayınları · 2019266,6bin okunma