EŞİTSƏM GƏLİRSƏN.
Eşitsəm gəlirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini.
Öpərəm mübarək qədəmlərini.
Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşıbdaşaram.
Pənbə buludlarla qucaqlaşaram.
Elə bir gülsən ki, ömür bağımda
Səni nəfəsimlə bəsləmişəm mən.
Qönçə bağlamısan göz qabağımda,
Səni dan yerindən səsləmişəm mən.
Səni nəfəsimlə bəsləmişəm mən.
Eşitsəm gəlirsən, çıxaram yola,
Bütün yollar boyu güllər əkərəm.
İkimiz bir qəlbdə yaşayaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm.
Bütün yollar boyu güllər əkərəm.
Mən evəm, sən mənim odocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan.
Mən dağ bulağıyam, sən bulaqlı dağ,
Dünyadan ən böyük umacağımsan.