Spoiler
Ala-toranlıqda binalarla əhatəli küçədə bəzi mənzillərin işığı yanarkən Foksa bənzəyən, amma qızılı olan bir tülkü yoldan keçir. İşıq dirəyinə bərkidilmiş bilborda "We out here" yazılıb. "We out here" yazıram quqlda. "Kokoroka" adında bir qrupun "Abusey Junction" adlı mahnısı çıxır. Yutub linkinə girirəm. İlk saniyəsindən bilirəm o mahnı olduğunu. Dım-dım-dım, dım-dım-dım deyə başlayır. Dünyada dım-dım-dımlı minlərlə mahnı var, mənsə hiss edirəm; Arzunun yüzlərlə atmosferinə toxunacaq, həyatının mahnısı budur. Və mənim həyatımın mahnısı da...