Gecələr çətin olur,
Xısın- xısın darıxmaq.
Bir də zəng ümidilə,
Tez-tez telefona baxmaq.
Bir də xatirələri
Edirəm ələk-vələk.
Bilirsən necə olur,
Gəlməyəni gözləmək?
Bilirsən heç nə qədər,
"Qayıt"yazıb pozuram?
Yerə çəngəl də düşsə,
Gəlməyinə yozuram.
Bilirsən, indi gəlsən
Bərk-bərk qucaqlayaram.
Səni sinəmə sıxıb
Biraz da ağlayaram.
Bilirsən, indi sənsiz
Havalar da sazaqdır.
Əllərini deyirəm,
Mənə niyə uzaqdır?
Bir də ki, ağbənizlim,
Küçədən biri ötsə
Sən sanıb karıxıram.
Hə bir də üşüyürəm,
Bir də ki, darıxıram....