Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ziyadxan Dovlatov

Ziyadxan Dovlatov
@Ziyadxan06
15 okur puanı
Haziran 2023 tarihinde katıldı
Körpə uşaq bütün bu məhdudiyyətlərdən azaddır. O hələ insanla heyvan arasında olan qorxunc uçurumdan xəbərsizdir; insanların özlərini heyvandan yuxarı tutmaq özəlliyi onda sonradan yaranır. O hələ özünün sidiyindən və nəcisindən iyrənmir, onlardan çimçəşməyi ona bəlli bir tərbiyə yolu ilə aşılayırlar; o, cinslər arası fərqləridə bilmir, cinsi orqanların eyni olduğunu düşünür; onun ilk seksual istəkləri ilə maraqları da ən müxtəlif səbəblərdən öz doğmalarına: valideynlərinə, qardaş-bacılarına, ona qulluq eləyən kimsələrə qarşı yönəlir və ən sonunda onun cinsi istəklərinin başqa orqanların köməyi ilə oyanması durumu yaranmağa başlayır, o yalnız cinsi orqanlarını əlləşdirməklə yox, bədəninin başqa hissələrindən də seksual həzzin qaynağı kimi yararlanmağa başlayır, beləliklə də, bədəninin başqa kəsimləri də cinsi orqanların funksiyalarını yerinə yetirməyə başlayır. Deməli, uşaqlar körpəlik çağlarında yalnız cinsi orqanları ilə deyil, başqa orqanları ilə də pozğunluq eləyə bilən varlıqlar olurlar, bunun səbəbi, onların cinsi orqanlarının bu yaşda çoxda ayıq olmaması, daha sonra isə onların cinsi istəklərinin sıxışdırılması və buna görə də onların seksual istəklərini başqa orqanları ilə gerçəkləşdirməyə çalışmalarıdır.
Sayfa 276Kitabı okudu
Reklam
Uşaq yalnız və yalnız özünü sevir, ancaq çox sonralar, yaşa dolduqca başqalarınıda sevməyi öyrənir, habelə özünün eqoistik böyük MƏNININ hansısa kəsimlərindən başqaları üçün keçməyə alışır. Onun körpəlik çağlarında sevdiyini düşündüyümüz insanları da o, onlardan asılı olduğu, onlarsız keçinə bilmədiyi üçün sevir və bunun kökündə də gördüyünüz kimi eqoistik istəklər dayanır. Ancaq çox sonralar onun sevgi duyğusu bu eqoizmdən qurtulub özgürləşə bilir. O, demək olar, bu eqoistik sınaqlardan keçməklə sevməyi öyrənir.
Sayfa 269Kitabı okudu
Psixoanalitiklə elmi baxımdan heç bir ilişkisi olmayan filoloq Q.Şperber apardığı araşdırmaları ilə bağlı 1912-ci ildə çap elətdirdiyi kitabında danışıq dilinin yaranması və sonrakı inkişafında seksual ehtiyacların çox önəmli bir rolu olduğunu göstərir. Şperberin araşdırmalarına görə, ilkin insanların çıxardığı səslər, öncə, seksual istəklərini bildirmək üçün olan çağırışlardan ibarət olmuşdur; sonra bu seksuallıq bildirən səslərin kökü üzərində ibtidai insanların gördükləri işlərlə bağlı davranışlarını bildirən sözlər yaranmağa başlamışdır.
Sayfa 218Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
"Bu nə deməkdir? Yalnız xəstə ilə danışmaqla da xəstəlik sağalar?" Bu isə onlarda uzaqgörənliyin və olayları ardıcıllıqla izləmə bacarığının olmamasından doğur. Işə baxın ki, indi həkimi qınayan bu qohumlar bundan öncə öz doğmaları olan bu xəstəni də "özü üçün xəstəlik uydurmaq"da qinayirdilar. Insanların keçmişdə sözlə ovsunlandıqları dönəmlər geridə qalsa da, söz yenədə öz möcüzəli təsirini saxlamaqdadır.
İlkin büyükannenin hikayesini bitirmeli. Ertesi gün her şeyini kesin olarak kaybetmişti. Öyle olacağı da belliydi: Onun tuttuğu yola giren biri, karlı bir dağın tepesinden kızakla kayar gibi hızlandıkça hızlanır. Akşam sekize dek oynamış; orada olmadığım için sadece anlatılanları biliyorum
Sayfa 120Kitabı okudu
Reklam
Sabah görevliyi çağırıp hesabımı ayrı tutmalarını bildirdim. Odam korkuya kapılıp otelden ayrılmamı gerektirecek kadar pahalı değildi. On altı frederikim vardı ve orada da(kumarhanede)... orada da bir servetim belki! Tuhaftır, henüz kazanmasamda zengin gibi davranıyorum, öyle hiss ediyor, öyle düşünüyorum; kendimi başka türlü göremiyorum
Sayfa 53 - Aleksey IvanoviçKitabı okudu
Geri15
81 öğeden 76 ile 81 arasındakiler gösteriliyor.