Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ziyadxan Dovlatov

Ziyadxan Dovlatov
@Ziyadxan06
15 okur puanı
Haziran 2023 tarihinde katıldı
Vahşi dünyanın bir sabrı vardır. Yorulmak, bıkmak nedir bilmeyen bir sabır. Avının peşini bırakmayan bir sabır. Hayatın kendisi gibi ısrarlı, dirençli bir sabır. Örümceği saatler ve saatler boyu ağında kımıldamadan tutan işte bu sabırdır. Yılanı çöreklenip öyle oturtan bu sabırdır. Panteri kurduğu pusuda bekleten bu sabırdır. Bu sabır hayatın sabrıdır.
Sayfa 116Kitabı okudu
Reklam
Montesinosun ( Peru diktatoru Alberto Fuximorinun sağ əli ) tərəfdarlarından olan general Bello videoyazıların birində belə deyirdi "Televiziyaya nəzarət etməsəydik, heç bir şeyə nəzarət edə bilməzdik".
Sayfa 527Kitabı okudu
Avtoritar rejim azad mətbuatın əhəmiyyətini dərk edir və buna görə də, onu boğmaq üçün hər cür vasitəyə əl atır.
Sayfa 526Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Dünyadakı ədalətsizliyin və yoxsulluğun səbəblərini bilmək boş vədlərə ümid bağlamamaq üçün son dərəcə mühümdür.
Sayfa 519Kitabı okudu
Birincisi, xarici yardımlar - dünyanın müxtəlif regionlarındakı ölkələrin uğursuzluqları ilə mübarizə aparmaq üçün çoxda təsirli vasitə deyil. Daha dəqiq desək, qətiyyən təsirli vasitə deyil. Yoxsulluğun " qüsurlu dövrə "sini qırmaq üçün ölkələrin inkluziv institutlara ehtiyacı var.
Sayfa 519Kitabı okudu
Reklam
Son 50 ildə dünyanın müxtəlif ölkələrinin hökumətlərinə " inkişaf yardımı " kimi milyardlarla dollar göndərildi. Bu pulların böyük hissəsi, Əfqanıstanda olduğu kimi, ümumi xərclərə sərf olundu və korrupsiya nəticəsində yoxa çıxdı. Ən pisi isə, bu pulların bəzi hissələri rejim tərəfdarlarının sayını artırmaq, hakimiyyəti möhkəmlətmək və varlanmaq üçün qərbli himayədarlara bel bağlayan Mobutu kimi diktatorlara çatdı.
Sayfa 516Kitabı okudu
Özbəkistan bir çox cəhətdən keçmişdən, unudulmuş dövrlərdən qalan bir yadigar kimi görünür: bir ailənin və onun yaxın ətrafının despotik hakimiyyəti altında inildəyən və məcburi əmək, - uşaqların zorla işlədilməsi, - üzərində qurulmuş bir iqtisadiyyatı olan yoxsul ölkə. Lakin əslində buna yadigar demək olmaz. Özbəkistan ekstraktiv institutların təsiri ilə uğursuzluğa düçar olan müasir ölkələr mozaikasının bir parçasıdır; ve təəssüf ki, Ermənistan və Azərbaycandan Qırğızıstan, Tacikistan və Türkmənistana qədər uzanan keçmiş Sovet respublikaları ilə bir çox ümumi cəhətə malikdir və bizə ekstraktiv siyasi və iqtisadi institutların hətta 21-ci əsrdə də kobud və amansız istismar modelinə çevrilə biləcəyini xatırlatmaqdadır.
Sayfa 451Kitabı okudu
Bundan əlavə plüralizm daha açıq bir cəmiyyət yaradır və müstəqil KIV-in formalaşmasına yol açır və beləliklə, inkluziv institutların möhkəmlənməsində maraqlı olan qrupların bu institutlara yönəlmiş hücumlardan xəbərdar olub onlara qarşı təşkilatlanmasını asanlaşdırır.
Sayfa 353Kitabı okudu
Şanlı inqilabın ( Ingiltərədə 1688-ci ildə baş verib ) ən mühüm nailiyyəti parlamentdə təmsil olunan maraqların plüralist xarakterdə olması idi. Nə tacirlər, nə sənayeçilər, nə mülkədarlar, nə də əvvəlcə Oranlı III Uilyamı, sonra isə 1714-cu ildə kraliça Annan'ın yerinə keçən Hannover xanədanının monarxlarını dəstəkləyən aristokratlar öz iradələrini həyata keçirmək üçün kifayət qədər güclü idi.
Sayfa 346Kitabı okudu
Bəzi istisnalar olmaqla, bu günün zəngin ölkələri XIX əsrdə başlayan sənayeləşmə prosesini və texnoloji yenilikləri mənimsəyən, yoxsul ölkələr isə bunları mənimsəməyəndir.
Sayfa 344Kitabı okudu
Reklam
Müasir dünyada hökm sürən qeyri-bərabərliyin səbəbi - XIX - XX əsrlərdə bəzi ölkələrin sənaye inqilabının gətirdiyi imkanlardan, texnologiyalardan və təşkilatlanma üsullarından faydalanması, digərlərinin isə bundan istifadə edə bilməməsidir. Yeni texnologiyalar - inkişafın hərəkətverici qüvvələrindən yalnız biridir, amma bəlkə də ən başlıcasıdır. Yeni texnologiyalardan faydalanmayan ölkələr inkişafın digər hərəkətverici qüvvələrindən də istifadə edə bilmədilər. Bu ve bundan əvvəlki fəsillərdə gördüyümüz kimi, bu uğursuzluğun səbəbi ya mütləqiyyətçi rejimlərin hökm sürdüyü, ya da mərkəzi dövlətin olmadığı bir şəraitdə ortaya çıxan ekstraktiv institutlar idi.
Sayfa 310Kitabı okudu
Bu ölkələrin( Yaxın şərq ölkələrinin ) inkişaf yoluna Osmanlı və Avropa hökmranlığı böyük təsir göstərdi. Yaxın şərqdə islamla yoxsulluq arasındakı əlaqə əsasən uydurmadır.
Bəs, Maks Veberin protestant əxlaqı? Əhalisinin böyük hissəsi protestantlardan ibarət olan ölkələrin, məsələn, Hollandiya va Ingiltərənin müasir dövrün ilk iqtisadi nailiyyətlərini qazanmasına baxmayaraq, din və iqtisadi uğur arasındakı əlaqə çox məhduddur. Əhalisinin əksəriyyəti katoliklərdən ibarət olan Fransa XIX əsrdə hollandiyalıların və ingilislərin iqtisadi göstəricilərinə sürətlə nail oldu və bu gün Italiya da bu ölkələr qədər rifah içində yaşayır. Şərqə tərəf baxsaq, Şərqi Asiyanın qazandığı iqtisadi uğurlardan heç birinin xristian dininin hər hansı bir formasıyla əlaqəsinin olmadığını görərik; yəni, orada da protestantlıqla iqtisadi uğur arasında heç bir xüsusi əlaqə yoxdur.
Ölkələrin iqtisadi uğurları institutlardan, iqtisadiyyata təsir göstərən qaydalardan və insanları təşviq edən stimullardan asılıdır.
Amma əslində yoxsul ölkələrin niyə "'məsələni səhv anladıqlarını" izah etmək lazımdır. Məsələni səhv anlamaq ümumən nə cəhalətlə, nə də mədəniyyətlə bağlıdır. Növbəti fəsillərdə görəcəyimiz kimi, bu ölkələr iqtidarda olanlar yoxsulluğa yol açan seçimlər etdikləri üçün yoxsuldur. Onlar məsələni səhvən, ya da cəhalət üzündən deyil, qəsdən yanlış anlayırlar.
81 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.