-Siz də Berlində kimsəsizsiniz?
- Necə?
- Yəni... təkbaşına... necə deyim... ruhən tək-tənha bir adam..
Görkəminizdən bəlli olur ki...
- Başa düşürəm, başa düşürəm.. Bəli, tamamilə tək-tənha bir adamam... təkcə Berlində deyil, bütün dünyada kimsəsizəm.. Həm də uşaq vaxtlarımdan bəri...
-Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər.
Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.
-Nə üçün mənə bu qədər diqqətlə baxırsınız? - deyə soruşdu.
-Xoşunuza gəlmir? - deyə soruşdum
-Xeyr, ona görə demirəm, elə belə soruşdum.. Bəlkə də xoşuma gəldiyi üçün xəbər aldım
Hamının içində bir Raif yatır əslində, öz həyat hekayəsi olan, heç kimin duyub bilmədiyi, əslində bir o qədər bizə əzab verən həyatlar.. Əsərdə də tam olaraq bunu oxuduq əslində, cəmiyyətdən kənarda qalmış birinin özlüyündə nə qədər yaşanmışlıqları var. O yaşanmışlıqlarda ki, əsərin sonunda göz yaşlarımı saxlaya bilmədim.
Raif özü də Mariyaya olan sevgisi belə izah edir:
"Mariya məni qısa bir vaxt ərzində həmişəki acizliyimdən, miskin vəziyyətimdən xilas etmiş, mənim də kişi, daha doğrusu, insan olduğumu, mənim də yaşamağa layiq cəhətlərimin olduğunu, dünyanın zənn etdiyim qədər mənasız olmadığını öyrətmişdi"