İlk başda xoşuma gəldi, dedim yaxşı bir detektiv oxuyacam. Yazıçının kitaba öz adından əlavələr etməsi ilk əvvəl xoş təəssürat yaratdı, çünki fərqli bir hava qatırdı. Kitab oxuyarkən kitab oxuduğunuzu hiss etməyib hadisələr gözünüzdə canlananda kitab oxumağın dadını çıxarmaq olar. Amma yazıçının tez-tez kitaba öz adından əlavələr etməsi məni kitabın ruhuna çəkə bilmədi.
Bir insan qadınlara qarşı bu qədərmi nifrət edərmiş. Məs,."Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər"(səh 36). Elə bu cümləni oxuduqdan sonra kitabın mənim üçün oxunacaq bir yeri qalmamışdı. Özümü bitirməyə məcbur elədim, oxuduqca yazıçının qadın nifrəti bir daha gözlərimi qanatdı.
Qadın CorablarıCəlil Cavanşir · Xan Nəşriyyat · 201543 okunma
Son zamanlarda oxuduğum, sonunu bilmək üçün vərəq saydığım bir roman idi. Yazıçımızın ilk qələm təcrübəsi olmasına baxmayaraq, çox uğurlu alınıb deyə bilərəm. Uğurlar arzu edir və gələcək kitablarını gözləyirəm
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
Kitabları həqiqətən də bizim ruhumuzu danışdırır. Əsər boyu mənim də ağlıma öz valideynim gəlirdi. Görəsən o da Park Sonyo kimi hər gün etdiyi gündəlik vərdişlərdən bezib, sıxılıbmı? Olubsa biz onu duya bilmişikmi. Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" cümləsi bu mövzu ilə yerində deyilib))
Bu əsərin hansı dövrdə oxunmağından asılı olmayaraq, həmişə hər dövrdə öz doğruluğunu sübut edəcək ;)
Hər bir obraz o qədər məharətlə yazılıb ki heyran olmamaq əldə deyil
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,1bin okunma
Bahadır; millətini sevən, təhsilli müsəlmandır. Sona isə dünyagörüşlü, elm sahibi bir xristian ermənidir. Onların məhəbbətinə əngəl onların milliyəti deyil, dini məzhəbləri olur. Ümumiyyətlə bizdə bu əsər yəqin ki bir azərbaycanlının erməniyə sevgi bəsləməsi səbəbindən çox tanınmır, oxudulmur. Günümüzdəki cəmiyyətin molla cəhaləti nəinki təkcə indiki dövr üçün, hətta o dövr üçün də problem imiş ki, əsərdə tənqid edilir. Əsərdə dini məzhəblərə xristian-müsəlman münasibətlərinə toxunulub. Bundan əlavə, Bahadırın bu qədər tez məğlub olması niyə bəs? Əsərin sonunda hər şey yaxşıya doğru getmişdi, niyə belə oldu hələ onu düşünürəm
Bahadır və SonaNəriman Nərimanov · Qanun Nəşriyyatı · 2022355 okunma