Zübeydə

Zübeydə
♪♪
Bakı
2003
12 kütüphaneci puanı
56 okur puanı
Ekim 2023 tarihinde katıldı
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
Puan vermedi·324 syf.··
2023 35. kitabı
·
10 günde okudu
·
Okunma: 26 Aralık 2023 14:32
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,210 okunma
Reklam
Puan vermedi·68 syf.··
2023 33. kitabı
·
5 saatte okudu
·
Okunma: 09 Aralık 2023 16:33
Kitabı çox görüb, eşitmişdim. Lakin heç oxumaq gəlmirdi içimdən. İnsanların bu kitabı gözlərində çox böyütdüyünü düşünürəm. Və məncə o qədər böyüdüləsi bir yanı yoxdur. Kitabı oxuyarkən keçirdiyim tək hiss heyfsilənmək oldu. Qadının onu heç bir zaman tanımayan birinə qarşı sevgisi... Qarşılıqsız sevgidən çıxmışdı artıq bu sevgi fikrimcə. Buna görədir ki, kimsəyə öz dəyərindən artıq dəyər verməyəsən. Sonda üzülən sən olursan bu çox bəllidir.. ( bu arada düşünürəm ki, hər kitabın öz vaxtı vardır. Bu kitabıda nə tez nə gec elə öz vaxtında oxudum :)
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,4bin okunma
İnsan necə bir varlıqdır ?
Puan vermedi·304 syf.··
2023 32. kitabı
·
25 saatte okudu
·
Okunma: 28 Kasım 2023 22:36
Kitabı aylar öncə alsamda oxumağ üçün cəsarətim yox idi. Və sonunda özümdə o cəsarəti tapıb bir yerdən başladım. Necə başladım necə bitirdim hələdə anlamış deyiləm. Sadəcə dəhşət içində olduğumu deyə bilərəm. Əsər Bosniya müharibəsi zamanı 16 yaşlı qızın tükürpədici və ürəkparçalayan hekayəsindən danışır. Leyla hər gənc qız kimi öz xəyalları olan və təhsilinə önəm verən bir qızdır. Axı hardan bilə bilərdi ki, o xəyallardan çox uzaqda və acınacaqlı həyat onu gözləyir. Müharibə çox çətindir bunu hər birimiz bilirik. Ancaq qadınlar və uşaqlar üçün isə tamamilə dözülməzdir. Leyla isə buna dözdü. Çünki başqa çarəsi yox idi. Onu ayaqda saxlayanda elə o bitmək- tükənmək bilməyən ümidləri oldu. Kitabı oxuduqca bir daha anladım ki, insan necədə vəhşi bir varlıqdır. Kitabı tövsiyyə etməyə gəlsək həssas insanların oxumağı özləri üçün yaxşı olmaz deyə düşünürəm.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma