Dilbər

Dilbər
@_Dilber
Martin kitablarına nəvazişlə baxdı.Bunlar onun həmişə sədaqətli qalan yeganə yoldaşları idi.
Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Mən həqiqət sandığım çox səslərin,çox sözlərin sonradan bir yalan,bir əyləncə olduğunu görmüşəm.
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bütün həyatını süni görünüşlərlə keçirən,varlığı məchul zavallı bəşəriyyət! Nə istəyirsiniz bu sünilikdən? Elə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün.
Biz tez-tez balaca uşaqlara siyirtmələri çırpdığı üçün acıqlanırıq.Bəs görəsən,vaxt tapıb ona siyirtmələri necə açıb-bağlamağı göstərmişik?
Sayfa 33·Kitabı okudu
Uşağın xarakteri 3-6 yaşlar arasındakı fəaliyyət və işlə formalaşır. Əgər bu mərhələdə uşağın hərəkətləri mütəmadi olaraq maneələrlə qarşılaşarsa və o, həvəsdən salınarsa, onun inkişafı da mütləq bu qarışıqlıqdan təsirlənəcək. Uşaqlar həyatlarının ilk illərində özlərinə inam qazanmaq üçün böyüklər tərəfindən dəstəyə ehtiyac duyurlar.Onu tərifləməkdən çəkinməyin. Daima tənqid olunan uşaq tezliklə yeni şeylərə marağını itirir.Onun həmçinin həvəsləndirilməyə və təhlükəsizlik duyğusuna ehtiyacı var.Ardıcıllıq və rutin bu yaşda uşaqlar üçün mühümdür. Əgər uşağın gündəlik həyatı müəyyən rutinə tabedirsə, onun etdiyi hər şeydə ardıcıllıq özünü göstərəcək.
Sayfa 24·Kitabı okudu
Montessori ruhi xəstəliklərin tibbi problemdən daha çox pedaqoji problem olduğuna inanır və düşünürdü ki, pedaqoji müalicə ilə bu insanlara kömək etmək mümkündür. Zamanla onun araşdırmaları və yanaşması nəticəsində əqli cəhətdən inkişaf etməmiş uşaqların yeni bacarıqlar qazanmasında ciddi irəliləyişlərə nail olundu.
Sayfa 17·Kitabı okudu