Dr. Montessori deyirdi:"Biz müəllimlərimizə elm adamlarına məxsus mexaniki bacarıqlardan daha çox ruh aşılamalıyıq, yəni onların hazırlığı mexanikilikdən daha çox ruha əsaslanmalıdır"
Pis təlim və təhsil almaq uşaqların günahıdır, yoxsa səhv müasir təhsil sisteminin strukturundadır, bəlkə elə uşaqları asılılığa öyrəşdirən valideynlərdədir? Biz tədricən bütün orijinallığını və yaradıcılığını itirmək üzrə olan ərköyün və asılı uşaqlar böyüdürükmü?
Müasir məktəblərin də bir çoxu uşaqlarımıza özbaşına düşünməyə imkan vermirlər. Uşaqlar tez-tez bütün qərarları müəllimlərin verdiyi tədris planlarına tabe olmalı olurlar və onlarda nəsə öyrəndikləri ilüziyası yaradılır. Əldə etdikləri isə nə müəllimlərə, nə də şagirdlərə qazanc gətirməyən səthi təhsildir. Müasir uşaqlar onlara veriləndən daha çox stimulyasiyaya ehtiyac duyurlar. Onlara əzbərçilik, hazır suallara hazır cavablar öyrədilir, çox az hallarda fantaziya və yaradıcılıqlarından istifadə etmək imkanı verilir.Bəzi hallarda uşaqlar və ya gənclər "düşünmə" tələb edən suallarla qarşılaşdıqda onların öhdəsindən gələ bilmir, çünki onların düşünmə prossesi istifadəsizlikdən korşalıb.
Salonda büyük bir kütüphane var. Bugüne kadar görmediğim çoklukta kitap... Kültür düzeyi yüksek bir ev. Duvarda tablolar var her tablonun altında da özlü sözler. Birisini hala hatırlıyorum. "Ey insan kendini oku!"