Elşad Quliyev

Elşad Quliyev
@_Elsad_
Ər-arvad sevgisini uzun illər qoruyub saxlamaq istəyən yaxşı qadın səhərlər yataqdan ərindən azı bir saat tez durmalı,vacib işlərini görüb özünə baxmalı idi ki,əri oyananda onu,həmişəki kimi,gözəl və təravətli görsün..
Sayfa 5 - Teaspress·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız...
Sayfa 230·Kitabı okudu
Adətən,həyatın hər bir anından həzz alan,ürəyi yaşamaq eşqiylə çırpınan insanlar vacib işi olmadığı və yata bildikləri halda tezdən dururlar.
Sayfa 164·Kitabı okudu
Yalnız ora düşənlər azadlığın nə olduğunu anlaya bilərdilər.Yalnız ora düşənlər etiraf edərdilər ki,dünyada ən şirin şey nə pul,nə var-dövlət,hətta can sağlığı deyil,azadlıqdır.
Sayfa 139·Kitabı okudu
Bu ölkədə aşağıdan tutmuş yuxarıyadək,bütün peşə və sənətlərdə heç kəs özündən yüksəyini görmək istəmirdi.Hamı birincilik iddiasında idi...
Sayfa 71·Kitabı okudu