N.

N.
@_Kisgunesi
Reading sets free.
Fantastika və reallığın cazibədar vəhdəti...
Puan vermedi·255 syf.··
2026 2. kitabı
·
26 saatte okudu
·
Okunma: 07 Şubat 2026 23:33
Yazıçının qələmindən oxuduğum ilk əsəri idi. Roman, bədəni komada yatan ruh qadın Loren və onu görə, hiss edə bilən yeganə insan olan Artur arasındakı fantastik əlaqəni əks elətdirir. Obrazların daxili aləmləri çox gözəl təsvir edilib. İnsan oxuyarkən özünü rahatlıqla həmin obrazların yerinə qoyur, bir sözlə, özünü kitabın içində kimi hiss edir. Əsərdə dostu Artura hər bir şəraitdə dəstək olan, onu çətinliklərlə tək qoymayan və öz yumoristik xarakteri ilə məni güldürən sevimli obrazım Pol oldu. Əsər fantastik janrda olmasına baxmayaraq, toxunulan məsələlər reallığı əks etdirir; yazıçı, bizə hər gün bəxş edilən 86400 saniyənin nə qədər qiymətli olduğunu, həyatda seçdiyimiz yollarda qətiyyətli olmağı, peşmanlığın bizi ələ keçirməsinə izin verməməli olduğumuzu göstərir. Eyni zamanda, acı bir gerçəkdən: həyatın bir "al-ver" prinsipindən ibarət olduğunu; hər arzuladığımız şeyin, bu arzu müqabilində bizdən nələrisə alıb apardığını danışır. Bir sözlə, son zamanlar oxuduğum ürəkaçan əsərlərdən biri idi. Yaxın zamanlarda yazıçının başqa əsərlərinə də şans verməyi düşünürəm. Kitabla qalın. Xoş mütaliələr ;)
Duygu ve Düşünce
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0955 okunma
Reklam
İnsan kimi yaşayıb, böcək kimi ölmək.
Puan vermedi·104 syf.··
2025 33. kitabı
Dönüşüm Bir səhər yuxudan oyanırsan; çox yorğun, bitkin bir şəkildə. Zəngli saatının vurmasını eşitmədiyini, işə gecikdiyini görürsən. Yerindən qalxmağa çalışırsan, amma bir şeylərin düz getmədiyinin fərqinə varırsan. Əl-ayağın nazik tüklərə, bədənin isə qara, böyük bir cismə çevrilib. Bəli, insan kimi yatıb, bir böcək kimi ayılmısan. Və düşündüyün tək şey iş üçün çıxacağın səfərə gecikməyin, müdürünə və maddi sıxıntılar içində olan ailənə bu barədə nə açıqlama verəcəyindir. Ağlından keçənlər isə "İndi yerimdən qalxsam, saat neçədə qatara çata bilərəm ?" düşüncəsidir. Yəni, bu vəziyyətdə belə öz sağlamlığının deyil, ətrafına verəcəyin açıqlamanın fikrini çəkirsən. Bunlardan xəbər tutan ailən əvvəlcə mat qalır, daha sonra isə hamı evdən əskilən gəlirin dərdinə düşür. Atan səni gördüyü #k:f203360 yerdə vurmağa, əzməyə çalışır. Anan sənin üçün pis olsa da, öz sağlamlığı onu məhdudlaşdırır. Bu vəziyyətdə sənin qayğına bacın qalır. Bir müddət bu vəziyyətdə yaşamağa davam etsən də, günü-gündən məhvə doğru gedirsən. Hər gün daha da pisləşirsən və işin ən pis yanı da odur ki, artıq bacın da sənin qayğına qalmaqdan bezmişdir. Halbuki, sən onu valideynlərinin bütün etirazlarına baxmayaraq, sırf gələcəyi daha gözəl olsun deyə konservatoriyaya belə göndərəcəkdin. Bir vaxtlar onlara görə çalışdığın, heç sevmədiyin, sənə hər zaman yuxarıdan aşağı baxan müdürünə belə dözdüyün ailənin heç bir üzvü sənin yanında deyil. Bu səni mənəvi cəhətdən çox yorur, böcəyə çevrilmiş olmağın belə sənin hisslərini öldürə bilmir. Və sonda, xaraba kimi bir otaqda; kirin, tozun və səni üzüb məhvə aparan düşüncələrin içində boğulub sonsuzluğa qovuşursan. Ailən isə səndən əsirgədiyi Dönüşüm qayğının peşmanlığını belə çəkmir, heçnə olmamış kimi yaşamına davam edir. İtib gedən isə, yaşayacağın, daha
Düşünce
DönüşümFranz Kafka · Can Yayınları · 2012267,9bin okunma