Yazardan oxuduğum 10cu kitabdır. Və bununla son olacaq. Əvvəl ümumi danışacam. Oxuduğum kitablarında intim münasibətlər o qədər də gözə gəlmirdi, batmırdı insana. Amma bu kitabda olmamağın istərdim. Xocalıya həsr olunubsa, bu mövzu yerverilməz olmalı idi, mənə görə. Vəə Ələmdar xarakterin çoox böyüdür, şişirdir, bu şişkinlik altında necə deyərlər, yaxşı və ya pis hərşeyi normallaşdırmağa çalışan bir çaba görürəm. +Bir qadının gözəlləyini Allahla bərabərləşdirəcək qədər müzakirə etmək və gözəldirsə, nə etsə gözəldir və etdiyinin səbəblərinin hərşeyi normallaşdırmağı absurddur. Keçək kitaba:
Yazarın vətənpərvərlik haqqında, xüsusilə bu kitabda Xocalı haqqında yazdıqlarına söz ola bilməz. Çooxx gözəl işlənilib. Kitabı oxuduqca hadisələri canlandırıb dəhşətə gəlməmək qeyri-mümkündür. Çünki, bu hadisələr yaşanıb, o zülmlər çəkilib, Xocalı danılmaz bir gerçəkdir. Kitabda da 1ailə üzərindən bunlar bizə çatdırılır: Sərinə ananın çəkdiyi müsibətlərə rəğmən Vətən sevgisinin hərşeydən öndə gəlməsi.. Səidə haqq verib, ya da verməmək o anı yaşamadan kimsənin haqqı deyildir. Son dəqiqəyə kimi anasını düşündü, öz millətindən gözlədiyi olmamışdı... Yaxın bildiyimiz biriləri, bizim üçün nəsə etməyəndə inciyirik, 17il əsir qalsaq, olmazın zülmlərin görsək görən nələr düşünüb, nələr edərdik...
Vəə son olaraq bunu deməyi özümə borc bilirəm:
-Xocalı soyqırımında itirdiyimiz və həyatları bizim üçün məchul olan soydaşlarımız, haqqınızı halal edin, o an gələ bilmədiyimiz üçün bizi bağışlayın və nur içində rahat yatın. Qisasınız alındı!