Alisa Hacıyeva

Alisa Hacıyeva
@_Sessiz_setir
Yazmaq mənim tək azadlığımdı...
Sormadın halımı, onsuz da bilsən nə çıxar, Duyğular içimdə kül olub, yanar, axar. Özümə yad olmuşam, qəlbimdə min ah var, Yaşayıram sadəcə, günahım Allaha qalar...
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Ey keçən günlərim, bağışla məni, Xəyallar içində itirdim səni. Saçlarıma ağ qəm kimi düşdü, Gəncliyim, mən küsürdüm, səni.
Mən cavan qocayam, tükənib canım, Dərdlərin içində solub həyatım. Həyat elə içimdən süzülüb gedib, Gülməyə bir səbəb tapmır ürəyim. Bəxtim gülmədi, gülənlər güldü, İllər üzümə iz kimi köçdü. Uşaqlıq çağımda qocaldım, sanki, Ümidlər içimdə kül kimi söndü. Yaşayıram, amma içimdə ölmüş, Basdırılmayan bir taleyəm, görmüş. Hər səhər doğuram, hər axşam sönürəm, Bir az gənc, bir az qoca — mən belə bölünürəm.