Alisa Hacıyeva

Alisa Hacıyeva
@_Sessiz_setir
Yazmaq mənim tək azadlığımdı...
Ay gecəyə, gecəni mənə, Tale yazdı dərdi sinəmə. Gözəllik sən oldun, qəm də səndən, Nur düşdü könlümün çininə. Səssiz səadətin sirrin duydum, Söz çevrildi qönçə dilimə. Bir dilək tutdum səndən xəbərsiz, Xəbər göndər Tanrı qəlbimə. Sevda dedin, qələm susdu, Yazı çevrildi aləmə. Qismətə yazıldıq, tərs dönərək, Yenə səcdə qıldım sevgimə.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Gecə yenə uzun, fikrim yolda qalıb, Səssiz bir xatirə içimdə yanıb. Nə səhərin işığı, nə də ay doğur, Sanki hər şey bitib, ümidim susur. Saatlar keçmir, zaman donub qalıb, Bir mesaj, bir səs — hamısı yarım qalıb. Qəlbim yorulub, üzüm də solub, Səssizlik içimdə qış kimi donub.
Heç kim bilmir nə gətirir gecə, Kimin arzusu sönür, kimin ümidinə işıq düşə. Sükutun içində min səda gizlənir, Göz yaşında bir sevda izlənir. Bəlkə kimsə dua edir səssizcə, Bəlkə bir ürək parçalanır içincə. Qaranlıq örtür həm dərdi, həm sevinci, Gecə – bir sirrdir, bilir tək Yaradan inci. Heç kim bilmir, kim gedir, kim qalar, Kim unudar, kim gözləyər sabahlar. Gecə – talelərin yazıldığı kitab, Oxunmaz səhifə, susqun, amma cavab...
Gördüm ki, gülən çoxdu dərdimə, Saxladım kədəri içimdə mən də. Dünyadı, hər kəs öz rolundadı, Kimisi gülür, kimisi yanır səssizcə...
Sən gəldin, səssizliyimə nəfəs oldun, Kül olmuş arzuma yenidən həvəs oldun. Səni tanıyana qədər yarım idim mən, Səninlə tamamlandım, bütün oldum mən. Sözlərin ürəyimdə dua kimidi, Gülüşün içimdə bahar kimidi. Hər baxışın canımda iz buraxır, Sənin adın belə məni oyadır. Sən olmasan, günüm gecəyə dönər, Sən varsan, qəlbim hər ağrını dinər. Bir ömrün mənası sənsən, adamım, Sən mənim taleyim, sən alın yazım. 🤍🌹