Alisa Hacıyeva

Alisa Hacıyeva
@_Sessiz_setir
Yazmaq mənim tək azadlığımdı...
Bəzən susmaq istək deyil, məcburiyyətdir. Danışsan — heç nə dəyişməyəcəyini bildiyin üçün susarsan. Qınayarlar deyə susarsan, Anlamazlar deyə susarsan, Qırılaram deyə susarsan, Dava düşər deyə yenə susarsan. Mən çox qadın gördüm — Susduğu üçün yargılanan qadınlar, Ağlamadı deyə “daş qəlbli” deyilən qadınlar, Ağladı deyə “zəif” sayılan qadınlar... Ailəsi dağılmasın, uşaqları üzülməsin deyə kimsəsizliyə məhkum olmuş neçə qadın gördüm. Və mən — qadınları anlamayan qadınlar da gördüm. Bir qadın xoşbəxt oldu deyə, ilan dili ilə zəhər saçan qadınlar... Nə oldu bizə? Biz bir-birimizə dayaq olmalıydıq, amma hansı arada düşmən olduq?..
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Aynalar yalan deyir, nə yaman qocalmışam mən, Gözəlliyin yolunda, hər bahar solmuşam mən. Sənsiz ötən hər gecə bir ömrə bərabər olub, Bir gülüşün xatirə, qəlbimdə qalmışam mən. Könlümün viranında gəzər xatirən hələ də, Hər addımda səssizcə səni anmışam mən. Zaman aldı aynadan o gənc baxış, o gülüş, Bir tənha şəkil kimi divara asılmışam mən. Sən getdin, ilhamım da sənlə birgə sönübdür, Söz deyil, bir yaralı ahla dolmuşam mən. Aynalar yalan deyir, nə yaman qocalmışam mən, Sənsiz keçən illərin dərdiylə yanmışam mən.
Bitməyən Gecə Mitat Enç gecəni görmürdü, amma içində işıq vardı. Biz isə işığı görürük, amma içimizdə gecə bitmir. O, qaranlığa alışdı — bizsə ondan qorxub pəncərələri bağlayırıq. O, korluğunda həyat tapdı; biz, görməyimizlə dərinləşən boşluqlarda itib gedirik. İroniyadı, deyilmi? Gözləri görməyən bir insan, dünyanı daha aydın görür; amma biz, gün işığında belə, bir-birimizə toxuna bilmirik. Gecə onun üçün taleydi, bizim üçün seçim. Və biz hər səhər günəş doğanda belə, qaranlıqlarımızı geyinirik.
Bitmeyen Gece
Kitapdakı insanları, sokaktakılardan çok sevdim...🤍🍂
Gözüm yaşa bələnmiş, könlüm zəncirdə qalır, Özüm-özümə yadam, taleh bî-səbir qalır. Xoşbəxtlik dedikləri bir yalan yuxu imiş, Arzular viran olub, ümid də bi kam qalır. Dünya məni aldatdı, gül göstərib tikan verdi, Sevda yolu yanıqdır, hər addımda xətər qalır. Qadın könlü incədir, amma daş olub içim, Hisslərim donub artıq, qəlbimdə na şükür qalır. Nizami tək söylərəm: bu dünya sınaq imiş, Hər kim sevinc umarsa, sonda kədər qalır.