Ülkər Aslanova

Ülkər Aslanova
@_Ulker_Aslanova_
Öğretmen
Bakı
Azərbaycan, 9 Temmuz 1999
23 okur puanı
Mayıs 2021 tarihinde katıldı
7/10
·176 syf.·
2021 20. kitabı
Elementlər üzərindən həm özünüzü, həm də ətrafınızı tanıyacağınız bir kitabdır. Duyğularınızı, bu duyğuların üzə çıxma səbəblərini anlayacaqsınız. Xüsusilə yoqa ilə maraqlanırsınızsa, məncə, mütləq oxumalısınız. Dili isə axıcı və mükəmməldir, mən gün yarıma bitirdim və bu günə qədər ən tez bitirdiyim kitabdır deyə bilərəm. Oxusanız, öyrənəcəyiniz çox bilgi vardır.
Edebiyat
Hayat Sana Ne AnlatıyorÇetin Çetintaş · Destek Yayınları · 20191,933 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
7/10
·304 syf.·
2021 15. kitabı
Tamamilə fərqli tərzdə və qeyri-adi mövzusu olan bir əsər oxumaq istəyirsinizsə, o zaman "Parfümer" tam da o əsərdir. XVIII əsr Fransasında doğulan uşaqların taleyindən heç də fərqli olmayan Qrenuyun həyatından bəs edir yazıçı. Hansı ki, onlar elə ağır şəraitdə, elə çətin vəziyyətdə doğulurdular ki, ölsələr belə heç kimin vecinə olmazdı. Yaşasaydılar isə sahibsiz idilər, eynən Qrenuy kimi. Amma Qrenuy tam fərqli istedada malik idi. O qoxuları çox yaxşı ayıra bilir, hər şeyin- istər yaxında olsun, istər uzaqda qoxusunu alırdı. Lakin o bir gün öz qoxusunun olmadığını anlayır. Məhz elə qatilin də tarixçəsi buradan başlayır. İstədiyi qoxunu əldə etmək üçün 25 ən gözəl qızın qatili olur. Sonda edam edilməsi üçün qərar verilsə də, edam olunmur. Niyə? Niyəsini oxuyan zaman anlayacaqsınız. Həmçinin filmi də var. İzləməmişəm, amma izləməyi düşünürəm.
Edebiyat
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201727,4bin okunma
Puan vermedi·290 syf.·
2021 14. kitabı
Milli ədəbiyyatımızın tarixi roman janrında yazılmış ən axıcı əsərlərindən biri də "İki od arasında" əsəridir. Bu adla yazıçı xalqımızın, vətənimizin iki böyük qonşu dövlətin məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə edir. Bu ifadə də əsərdə Vaqifin dilindən verilmişdir. Qarabağ, onun timsalında bütöv Vətən, onun azadlığı, xalqımızın məişət həyatı, milli dəyərləri, adət-ənənələri əsərdə qırmızı xətlə keçir. Əsərdə əsas şəxsiyyətlərdən olan Vaqif şair olmaqla yanaşı, bir siyasətçi kimi də səciyyələndirilmişdir. Həmçinin əsərdə ən sevdiyim və mənə xoş gələn atalar sözlərimizin, deyimlərimizin, məsəllərimizin tez-tez və yerində işlədilməsi idi. Bu əsərə həm axıcılıq, həm də maraq verir. Mütləq oxuyun.
Edebiyat
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013200 okunma