Əgər şərait yaradılmayıbsa, uşaqda nəyəsə həvəs yaranacağını gözləmək əbəsdir.
Musiqiyə və ya rəsmə biganə qalan böyüklərin bir çoxu təsdiq edərlər ki, özlərində həmin nifrətin yaranmasının səbəbi erkən uşaqlıq dövründə məcburən bunu etməyə vadar edilmələri və ya marağın oyanması üçün şəraitin olmaması ilə əlaqədardır.
Balacalarla rəftarda biz öncədən hasil olan qənaətlərdən əl çəkməliyik və təxəyyülümüzdən istifadə etməklə dünyanı uşaqların gözü ilə görməyi bacarmalıyıq.