Günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur
Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək