Bookworm

Bookworm
@___Bookworm___
ig: @dushunce_dunyasi_
Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: tfu sizin üzünüzə! (Tüpürür camaata tərəf. Hamı başını salıb dinmir). Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb ( əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz...
1000Kitap
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Qonaqdan təvəqqe elə ki, əvvəl məni diriltsin, çünkü elə mən də ölü kimi bir şeyəm.
1000Kitap
- Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyərmişki, "mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm".
Edebiyat
Mənimdə müəllimim mənə nəsihət edərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən, amma bu dılğırların heç birindən eşitmədim desin ki, bala, adam ol, kimə rast gəlirsən eşidirsən ki, elm oxu, alim ol, amma məni bir başa salan yoxdu ki,axı bu elm nədi, nə deməkdi?
1000Kitap