Mənə elə gəlir ki, ölüm ani olduğu kimi, yaşamaq da anidir. Gözlərini yumursan və ruhuna çökmüş bütün mənasız qorxuları özündən qovursan. Sonra, qorxularından azad olub, həqiqətən yaşadığını hiss edəndə öz-özünə sual verirsən: mən kiməm? Əgər qorxularım və şübhələrim olmadan yaşaya bilsəydim, nə edərdim? Aldadılmaq qorxusu olmayan bir insan ola bilsəydim? İztirab çəkmək, yaralanmaq qorxusu olmadan sevə bilsəydim? Bu günümdən zövq alıb sabah bu zövqdən məhrum olacağımı düşünməsəydim? Zamanın keçməsindən və sevdiklərimi mənim həyatımdan qoparmasından qorxmasaydım? Bəli... Nə edərdim? Necə yaşayardım? Kimin qayğısına qalardım? Nəyin mübarizəsini aparardım? Hansı yollardan keçərdim? Necə xoşbəxt olardım? Məni narahat edən müəmmaları necə çözərdim? Qısası, necə yaşayardım?
Zaten anlatmak istediğim bir şey var, bin bir şekle sokup söylemek arzusuyla yandığım bir tek şey: O da sizi sevdiğim. Bunun dünyanın teşekkülünden beri kaç milyar defa tekrar edildiğini unutmuyorum, fakat siz söyleyin, canlılığından bir şey kaybetmiş mi ?