Bu kitab yaxşı və pis anlayışlarının əslində nə qədər nisbi olduğunu göstərir. Friedrich Nietzsche cəmiyyətin bizə öyrətdiyi əxlaq
qaydalarını sorğulamağa məcbur edir və insanın öz dəyərlərini yaratmalı olduğunu vurğulayır. Oxuması bəzən çətin olsa da, hər cümləsi düşündürücüdür. Bu kitabı oxuyandan sonra dünyaya baxışın əvvəlki kimi qalmır.Kitab cavab vermir,səni sualların içində buraxır. Və bəlkə də ən təsirli tərəfi elə budur.