-Bu necə xəstəlikdir?
-Əvvəllər çox da fərqinə varmaq olmur. Günlərin bir günü insan artıq heç nə etmək istəmir. Heç bir şeylə maraqlanmır, quruyub gedir. Üstəlik, bu həvəssizlik keçici deyil. Hətta gedərək artır. Gündən-günə, həftədən-həftəyə daha pis olur. Özünü bəyənmir, içi bomboşdur, dünya ilə əlaqəsi kəsilir. Sonralar bu hisslər də qalmır, artıq heç nə hiss etmir. Bütün dünya yadlaşır, heç kim onu maraqlandırmır. Nə qəzəb duyur, nə heyranlıq. Nə sevinə bilir, nə kədərlənə; gülməyi də, ağlamağı da unudur. Belə bir insanın içi kədərdən məhv olur. Artıq heç nəyi, heç kimi sevmir. Bu vəziyyətdə artıq xəstənin sağalmasına heç bir imkan yoxdur.