Qaraqanın hansısa kitabını oxuyarkən belə sıxılacağımı təsəvvür edə bilməzdim. Hətta deyərdim oxuduğum ilk kitab idi ki, yarımçıq buraxmaq düşüncəsinə bu qədər qapılım. Kitab saysız-hesabsız təcrübələrlə, elmi faktlar, araşdırmalarla, fəlsəfi problemlərlə doludu. Bəli faydalı ola bilər amma arxa-arxaya bunları oxumaq məni çox yorurdu. Həm bəzi təcrübələr çox maraqsız və sıxıcı idi. Hələ sual cümlələrinin dəhşət faiz çoxluğu, bir yerdə artıq işgəncə kimi gəlirdi mənə. Kitabı sadəcə trilogiyanı bitirmək istədiyim üçün dözüb bitirdim. Yazarın da dəqiqədə bir dediyi kimi "avam kütlənin anlaması üçün bu kitabları sadə dildə yazıram." Birinci, ikinci addım okay. amma dalbadal oxuduğum üçün üçüncü də olan qeyri-bədiilik artıq çox yorucu gəlirdi. Bir də iki səhifədən bir deyir həqiqət elə, həqiqət belə, həqiqətə çatan belə olur. Amma bizə elmi faktlardan başqa bir şey göstərmirdi. Hələ deyir dəyişməyənlər zəvvarlardı. Axı burda dəyişmək üçün nə səbəb var idi? Sadəcə Dekart və copy-paste problemi başlığındakı yazılar maraqlı gəldi. Bir də sonlara məna qatan Freudun kəşfi. Qalan hissələrini oxuduqda demək olar ki. kitabı yarım qoyub-qoymamaq arasında gedib gəlmişəm.