Dronqo

Dronqo
exhausted
Tıp
Rusiya Federasiyası,Sankt-Peterburq, 3 Ağustos
5 kütüphaneci puanı
92 okur puanı
Şubat 2022 tarihinde katıldı
20 Cəsur Qadın
10/10
·46 syf.··
Beğendi
·
2023 16. kitabı
·
3 saatte okudu
·
Okunma: 02 Temmuz 2023 14:23
20 cəsur qadının 20 ilhamverici bioqrafik hekayəsi . Müxtəlif zamanlarda cəmiyyətin tənqid və təqiblərinə məruz qalmaqlarına baxmayaraq arzularının arxası ilə gedən 20 qadın . Qadınlarla kişilərin eyni hüquqlara sahib olduğunu sübut edən 20 qadın . Cəsur qadınların həyat hekayələrini oxumaq maraqlı idi , oxuyacaq olan hər kəsə xoş mütaliələr diləyirəm .
Gender bərabərliyi
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201912 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Spoilər ola bilər.
10/10
·339 syf.··
Beğendi
·
2022 8. kitabı
·
7 günde okudu
·
Okunma: 01 Mayıs 2022 00:39
Kitabı nəhayət ki oxuyub bitirdim, kitabı oxumama səbəb olan Aceso'ya təşəkkür edirəm. Kitabı oxuduğum zaman keçirtdiyim hissləri sözlə demək sadəcə imkansızdır. Əvvəla, kitabdakı çinlilərə qarşı ayrı-seçkiliklə başlamaq istəyirəm. Təəssüf ki, hal-hazırda da əksər ölkərdə bu cür hallar çox baş verir; əsasən, dərisinin rənginə, dininə, irqinə və s. görə. Bu cür halların qarşısını almaq üçün bəzi tədbirlər görülsə də, yenə də davam etməkdədir. Təhlilim; Əsər Lydia adlı qızın səhər evdən müəmmalı itməsi ilə başlayır. Və bir neçə gün sonra qız göldə ölü olaraq tapılır. Əsərdəki heç bir obraz xoşbəxt deyil, yalnız hər şeyi, hər kəsi səssizcə kənarda izləyən Hannahdan başqa. Əsərdəki digər bir şey isə uşaqlar arasındakı sevginin düzgün bölünməməsidir. Sevgini yalnız ailənin bir övladına bəxş edib qalanlarının varlığını belə bəzən unutmaq günahdır, məncə. Axı hər kəsin sevgiyə, qayğıya ehtiyacı var... Anası Marilyn, qızının ölümünün intihar olduğuna inanmaq istəməsə də, təəssüf ki, həqiqət bu idi. O qızını çox yaxşı tanıdığını düşünsə də, yanılırdı. Çünki heç vaxt qızının arzularını soruşmamışdı belə. Qızının həyatını özünün istədiyi bir həyat kimi qurmağa çalışmışdı həmişə; dərs oxumaq, çalışmaq və həkim olmaq. Atası isə qızının məşhur olmağını, çoxlu dostları olmağını istəyirdi. Bunlar da onun istədiyi həyat idi. Lakin onlar bütün sevgilərini Lydiaya vermişdilər. Həmişə onun yaxşı olmağını istəyirdilər. Nath və Hannah isə gözlərində ikinci dərəcəli idilər sanki... Lydianın istədiyi isə tamam başqa cür həyat idi. Və elə onun intiharına səbəb də elə bu olmuşdu. Əsərdə digər diqqətimi çəkən məqamlardan biri də Jamesin Marilynə xəyanəti idi. Bu kimi hallar da olmaqda davam edir. Lakin bunu edərkən necə də övladlarını gözlərinin önünə gətirmirlər?! Axı sənin övladların,
Sana Söyleyemediğim Her ŞeyCeleste Ng · Martı Yayınları · 20191,398 okunma
10/10
·99 syf.··
2022 2. kitabı
·
1 saatte okudu
·
Okunma: 18 Mart 2022 00:00
Çox axıcı əsər idi…Kitabı uzun müddətdir ki,oxumaq istəyirdim ,amma sonra oxuyaram deyib oxumurdum.Kitabı oxumağıma maraq oyadan Gunel Quliyeva @flower_0000 @Samire_Abbasova hər birinizə təşəkkür edirəm. Kitabı oxuyarkən çox ağladım,amma təbii ki ,heç bir göz yaşları o hadisəni yaşayanlarınkı qədər kədərli ola bilməz.Oxuyunmu, oxumayınmı deyim əmin deyiləm, amma oxusanız erməni vəhşiliklərinin bir daha şahidi olacaqsınız,amma bu da azmış kimi,hətta içimizdəki erməni düşüncəli “insanları” da görəcəksiniz. Kitabla qalın,sağlıqla qalın
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma