Qəribə idi, Harri sanki ətrafdakı hamıdan və hər şeydən qopmuşdu. Nə ona uğur arzu edənlərə, n ədə yanından keçərək "Bir qutu dəsmalı hazır qoyacağıq, Potter" deyə söz atanlara fikir vermirdi. Elə bir təşviş içində idi ki, əjdahanın önünə çıxanda birdən ağlını itirib önünə çıxanı lənətləyər deyə qorxurdu.
-Conatan Livinqston, gün gələr başa düşərsən, yelbeyinlik heç kəsi yedizdirmir. Həyatın mənası əlçatmazdır, biz onu dərk edə bilmərik, yalnız bir şeyi bilirik, yeyək, bacardığımız kimi yaşayaq, dünyaya bunlar üçün gəlmişik.
Qağayılar Dəstə Şirasına etiraz edə bilməzdilər, lakin Conatanın bağırtısə sükutu pozdu:
-Özbaşınalıq? Qardaşlar, həyatın ali mənasını dərk edən, bunu heç vaxt unutmayan qağayı yelbeyin ola bilərmi? Min illərdir balıq başı axtara-axtara vurnuxsaq da, indi anlayırıq, həyatın mənası daim axtarışda olmaq, azad yaşamaqdır! Xahiş edirəm, mənə imkan verin öyrəndiklərimi sizə də göstərim.
Dəstə sanki daşa dönmüşdü, qağayılar xorla qışqırdılar:
- Daha sən bizim qardaşımız deyilsən.
Yaxşı başa düşürdü, əgər sıxılmış qanadları açılsa, milyonlarla tikəyə çəngələnəcək.
Lakin sürət- qüvvədir, sürət- sevincdir, sürət həm də gözəllikdir.