Ürəyi daşlaşıb. İllər ürəyini qalın və soyuq qabıqla örtüb, öz ürəyinin döyüntülərini güclə eşidir. Onu daha heç nə həyəcanlandırmır. Daha sevə bilmədiyini boynuna alır. Ürəyindəki bütün nəvaziş tükənib, əlləri daha heç nəyə tumar çəkə bilmir.
"Buna görə cəzalanacağam, – sanki ürəyinin səsini eşidir. - Sevməyi bacarmadığıma görə cəzalanacağam."