-Sabahınız xeyir! - Bilbo dedi. bu sözləri deyəndə, o, məhz elə günəşin şux şüalar saçmasını bə bu şüaların otların üzərində bərq vurmasını nəzərdə tuturdu. Lakin Qandalf qalın sallaq qaşları altından iti nəzərlərlə ona baxdı.
-Bununla nə demək istəyirsiniz?- deyə o soruşdu. -Sadəcə mənə xeyirli sabah arzulayırsınız? Yoxsa mənim bu barədə nə düşündüyümü nəzərə almadan iddia edirsiniz ki, bu sabah xeyirlidir? Yaxud da nəzərdə tutursunuz ki, bu səhər hər şey xeyirli olmalıdır?
-Elə hər üçü.