Əgər indi olduğu kimi, əvvəl düşünsəydi, başa düşərdi ki, onun həyat vəzifəsi xadiməlik deyil. Yəqin, onun da beynində düşüncələri var. Yəqin, onun da ağlında görüşmək istədiyi dostları var, Bruno kimi.
-Sənin atan nəyin ən yaxşı olduğunu bilir, - dedi, - Ona inanmalısan.
-Ona inanmıram,- Bruno dedi.- Məncə o dəhşətli bir səhv edib.
-Biz hamımız onun səhvinin qurbanlarıyıq.
-Mən səhv edəndə cəzalanıram,- Bruno təkidlə dedi və əsəbiləşdi ki, necə olur, uşaqlara tətbiq olunan qaydalar böyüklərə tətbiq olunmur (özü də bu qaydaları böyüklər özləri yaradırlar). -Atam axmaqdır! - o mızıltıyla dedi.
Mariyanın gözləri bərəldi, ona doğru bir addım atdı, dəhşətdən əli ilə ağzını qapatdı. Ətrafa baxdı, səsini eşidəcək kimsə yox idi. - Belə demək olmaz, - o dedi. -Atan haqqında heç vaxt belə deyə bilməzsən.
-Nəyə görə olmaz?
..
-Çünki atan yaxşı insandır,- Mariya dedi.- Çox yaxşı insandır. Hamımızın qayğısına qalır.
-O bizi dəhşətli yerə gətirib. Qayğıya qalmaq buna deyirsən?