-Adı Bruno olan heç kəsi bu vaxta kimi görməmişəm, - Bruno dedi. - Əlbəttə, məndən başqa. Bəlkə də mən yeganəyəm.
- Onda sən xoşbəxtsən, - Şmuel dedi.
-Məncə də.
O oğlana baxdı, istədi belə kədərli olmağının səbəbini soruşsun, sonra kobud səslənə biləcəyindən ehtiyat etdi. Bilirdi ki, bəzən kədərli insanlar sorğu-sualı sevmir, özləri haqqında çox məlumat vermir, amma məqamı gələndə özləri danışırlar. İndiki vəziyyətdə Bruno gözləməyə üstünlük verdi.