Əfiş

Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, ... Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni. Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə. Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala anasına qovuşan kimi, Leylək yuvasına qovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam, Amma ki, sönməyim çox çətin olur – Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur. Bu şirinim acı olacaq isə,
Şiir

Kitabsever

@kitab_meleyi
·
Nəhayət, səsləndirəcəkləri şeiri seçdilər. Bu, Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiri idi.
Sayfa 9 - PDF·Kitabı okudu
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məni ruhlandıran xəyallar idi, Ürəyim çox şeyə ümidvar idi. Mənim sevgidolu dünyam var idi, Bu dünya onu da aldı əlimdən. Cansız dörd divar içində belə, Könlüm bənzəyirdi ətirli gülə. Yaşayırdım şirin yalanlar ilə, Bu dünya onu da aldı əlimdən. Nə bir saxtakarlıq, nə də bir hiylə, Görməzdim kimsənin təbəssümündə. Bir körpə saflığı vardı içimdə, Bu dünya onu da aldı əlimdən. Elə xoşbəxt idim öz aləmimdə, Əyrilik bilməzdim düz aləmimdə. Gülərdi bir cüt şən göz aləmimdə, Bu dünya onu da aldı əlimdən. Elsevər QƏLBİQƏM
Sayfa 3 - PDF·Kitabı okudu
Şiir
Belki de biz büyümeyi fazla abartıyoruz.
Sayfa 38 - Şule Yayınları·Kitabı okudu
Düşünce
Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, Dünya mənim, Dünya heç kimin... Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, Dünya mənim, Dünya heç kimin... Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, Dünya mənim, Dünya heç kimin... Ayaq saxla, dövrənə bax ötəri belə, Min illərdir Araz belə, Həkəri belə. Axşamların, səhərlərin təkəri belə, Dünya sənin, Dünya mənim, Dünya heç kimin... Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm,
Şiir/Müzik

Kitabsever

@kitab_meleyi
·
Möhtəşəmsiniz, dinləməkdən doymuram.
youtu.be/Z0LOqe_npyY Bir talehin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da, qoşa düşmərik.. Bir müddət bu mahnıya köklənəcəyəm.
Müzik