Söz vardır; - eşidəni güldürər.
Söz vardır; - söyləyəni öldürər.
Söz vardır; - oturub düşündürər
Birdə susmaq vardır ürək yanğınını söndürər.
Söz vardır; - havaya qarışar gedər.
Söz vardır; - bir gün gələr tükənər
Söz vardır; - bilinməz ki nə söylər
Birdə susmaq vardır. Ürəyinin ən dərinindən səssizcə qopar.
Söz vardır; - hər kəlməsi mənasız.
Söz vardır; - danışarsan zamansız.
Söz vardır; - düşmənini aradar.
Birdə susmaq vardır. Qəlbindən keçəni səssizcə danışar. Çəkdiyim hər şey bir söz üzündən. Dolandın qəlbimə düşmədin yar dilimdən. Dinlədin ey sevdiyim, anlamadın halımdan. Məndə sustum yenidən. Bundan sonra alsan əgər:
Bir salamdan başqa olmaz sənə sözem müxtəsər.
İndi ki, qəlbində atəş söndü.
Bir daha yandırma. Gedə bilərsən.
Ağlında qalmasın son baxışlarım.
Üzümə baxmadan gedə bilərsən!
İllərdir verdiyin kədəri görmə.
Üstemə yıxdığın kədəri görmə.
Ömrümdən aldığın illəri görmə.
Məni də görmədən gedə bilərsən!
Sən düşün yaranı kimlər saracaq?
Sən düşün könlünü kimlər alacaq?
İndi çıx rədd ol get oldu olacaq.
Vida etmədən də gedə bilərsən.
Mən günahkaram sən isə haqlı.
Mən zalım bir düşmən, sənsə zavallı.
Ən yaxşısı aparıb məni asmalı.
Məni bağışlamamış gedə bilərsən...
Zorlama özünü vida etməyə.
Zorlama gözündən yaşlar tökməyə.
Məcbur da deyilsən nəsə deməyə.
Susaraq sakitcə gedə bilərsən!