Xınalı Bahar

Zeynəb Seyidzadə
Tahmini Okuma Süresi:
4 sa. 32 dk.
Sayfa Sayısı:
160
Yayınevi:
Qanun Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·160 syf.··
2022 2. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Ocak 2022 23:46
Kitabla məni Əfiş tanış etdi və onda kitabı görən kimi oxumaq qərarına gəldim. Təşəkkür edirəm Əfişim, kitab üçün. Keçək kitaba. Haradan başlayım? Necə yazım? Nə yazım ki, Allaha da xoş getsin, bəndəyə də. Əvvəla onu deyim ki, nəşriyyat o qədər zəifdir ki, imla səhvlərini düzəldərkən, əsərdən fikrim tez-tez yayınırdı. Ən əsəbləşdiyim hal, imla xətalarının olmasıdır, hələki bir kitabda bu xətaya rast gəlirəmsə. Dəyərli nəşriyyat üzvləri, redaktorlar, yazıçının o booyda əməyini redaktə edərkən, niyə bu səhvlərə yer verirsiniz axı? Kitab nəşriylə məşğul olan hər kəs bilməlidir ki, "da, də" hissəcikləri "həmçinin" mənasında işlənərkən ayrı, ismin çıxışlıq halında bitişik yazılır. "çantayı" yox, "çantanı" yazılır. Yox, biraz da bu barədə yazsam, əsəblərimə hakim ola bilməyəcəyəm. Keçək əsərə. Maraqlı bir eşq hekayəsi oxudum. Güldüm də, kədərləndim də. Ancaq iş orasındadır ki, elə bil, hansısa filmi izləmişəm, indi də onun kitabını oxuyuram. Kitabı bitirdikdən sonra çox düşündüm:"İncələmə yazım, yoxsa, yazmayım?" Ancaq yazmaq qərarına gəldim ki, bir gün kitab haqqında məlumat lazım olsa, buradan tapa bilim. Ürəyim doludur, hansını yazım? Kitabda çox sevdiyim bir şeirlə qarşılaşdım. Cemal Süreya nın "Uzaktan seviyorum seni" şeiri mənim ən sevdiyim şeirlərdəndir. Şeiri Azərbaycan dilinə tərcümə edib, heç bir etiket olmadan kitaba daxil etmək, məni təəssüfləndirdi. Kitabı çox vərəqlədim, əvvələ, axıra, dedim bəlkə nəisə yazıla bu barədə, ancaq tapmadım. Nəisə, çox təəssüflə deyim ki, tək bu şeir deyildi, başqa sətirlər də var idi alıntı olub, özünküləşdirilən. Yaralı yerimdir bu mənim. Yazmasam bu barədə, olmazdı. Sonda onu deyim ki, əziz yazıçımız. Bəli, əsərinizdə axıcılıq var, oxuyarkən sıxılmadım. Sıxılmadım amma.. "Bir cümlədə amma varsa, o cümlənin heç bir anlamı
Aşk
Xınalı BaharZeynəb Seyidzadə · Qanun Nəşriyyatı · 021 okunma