"...Ormandaki koruluğa doğru girdiklerinde Catherine gözlerini kırpıştırdı, güneşin parlak ışıklarından gölgeye geçince görüşü beneklenir gibi oldu ancak sonra alıştı. Başının üzerindeki ağaçların oluşturduğu yeşil örtü çok hoştu. Kuşların cıvıltısını duyduğunda onlara bakmak için atının üzerinde hafifçe arkaya kaykıldı. O anda etraflarını altı yedi tane atlı adam sarmaya başladı.
Edmund arkaya döndü ve bağırdı, "Dörtnala bir şekilde doğruca kaleye geri gidin! Onları elimden geldiği kadar oyalayacağım."
Catherine etraflarında hızla koşturan adamlardan gözlerini ayıramadı. Edmund'un kılıcı elinde hazır bir şekilde onlarla doğru yaklaşmak için atını mahmuzlamasını izledi.
"Hemen şimdi Catherine!" diye bağırdı Stephen. Catherine'in atını frenleyerek onu döndürdü ve dörtnala koşması için atı tokatladı. Catherine'in atı şahlanarak koşmaya başladı.
Catherine omuzunun üzerinden arkaya baktığında Edmund'un iki adamla savaştığını gördü. O bunu izlerken adamlardan diğer dört tanesi hızlarını kesmeden onlara doğru gelmeye başladı.
Çok geçti, Catherine atını mahmuzlamıştı. Atını koruluktan açık alana doğru sürerken iki yanında iki tane atlı adam beliriverdi. Catherine'i aralarında sıkıştırmak istiyorlardı. İçlerinden biri öne doğru eğilip Catherine'in atının dizginlerini yakalayıverdi..."
"...Yusif çarpayıya tərəf bir-iki addım atdı. Baxdı. Lakin sadəcə arxadan onun uzun qara saçlarını görə bildi. Hiss olunurdu ki, xəstədir. Hər vəchlə üzünü görməyə çalışdı. Günlərdir villanın qarşısında gözləyirdi. İndi yaranmış şans bir də onun əlinə düşməyəcəkdi. Otağın digər tərəfinə keçdi. Lakin yenə xəstənin üzünü görə bilmədi. Yorğan onun sifətini tamam örtmüşdü.
Yusif üzünü qadına tutub soruşdu:
-Qızınızın neçə yaşı var?- Suala cavab almamış arxadan gələn qəfil qışqırıq səsindən diksindi. Arxaya çöndü. Çarpayıda uzanmış qız qorxunc nəzərlərlə ətrafa baxırdı. Dağılmış saçları, çuxura düşmüş gözləri dəhşət saçırdı. Yusif həyatında çox psixi xəstə görmüşdü, lakin bu qızın gözlərini heç kimdə görməmişdi..."
"...İşini bitirən kilsə xidmətçisi qrafinya dö Sen-Fiakra baxdı. Üzündəki ifadədən tərəddüd etdiyi görünürdü. Həmin an Meqre hərəkətə keçdi. İkisi də qadına yaxınlaşdı. Qrafinyanın əlləri ilə örtdüyü üzünə baxmağa çalışaraq onun bu cür hərəkətsiz qalmasına təəccüblənirdilər. Görüntüdən həyəcanlanmış Meqre qadının çiyninə toxundu. Elə həmin an qadının bədəni boşluqda müvazinətini itirdi və yerə düşərək hərəkətsiz qaldı.
Qrafinya dö Sen-Fiakr ölmüşdü.
Meyiti kilsə xidmətçisinin otağına aparıb cərgə ilə yan-yana qoyulmuş üç stulun üstündə uzatdılar. Kilsə xidmətçisi həkim gətirmək üçün tələsik kilsədən çıxdı.
Meqre buradakı vəzifəsinin qeyri-rəsmi olduğunu unutmuşdu. Odur ki, keşişin həyəcan dolu baxışlarını ona sual və şübhə dolu ifadə ilə zilləməsinə əvvəlcə məna verə bilmədi.
-Siz kimsiniz?- keşiş dayana bilməyib soruşdu,- siz burada...
-Cinayət İşləri üzrə İdarədən komissar Meqre..."
"...Nikolay düşüb maşının qapısını açdı. Rinat adəti üzrə pencəyinin düyməsini bağladıqdan sonra maşından endi. Anzor dönüb onlara baxırdı. Yaxınlıqdan yaşlı bir qadın keçirdi, əlində ərzaq dolu torba vardı. Rinat bir addım yana çəkilib Nikolayın arxasına keçdi. Nikolay da yaşlı qadına yol vermək üçün bir addım geri çəkildi. Onlar bir xətt boyunca dayanmışdılar. Elə bu vaxt atəş açıldı. Nikolay heyrətlə atəş açanlara tərəf baxdı və yavaş-yavaş yerə sərildi. Sinəsində iki qan ləkəsi əmələ gəldi və ləkələr sürətlə böyüməyə başladı. Rinat qolunda güclü bir zərbə hiss etdi, qeyri-ixtiyari aşağı əyildi. Anzor silahını çıxartdı və çığıraraq Rinata dedi ki, Nikolayın yanında yerə uzansın. Yenə bir neçə dəfə atəş açıldı. Rinat korlanmış pencəyinə baxdı. Əvvəlcə yalnız pencəkdə açılan və onu tamamilə yararsız hala salan dəliyə görə məyus olmuşdu. Sonra dəliyin ətrafına yayılan ləkəni gördü və əlini vuranda bunun qan ləkəsi olduğunu anlayıb təəccübləndi..."
"...Amma sizdən sonra başqası gəlib, qocanı görüb və mümkündür ki, həmin şəxs ötən bütün müddətdə sizi izləyib. O qocanın ölümünü istəyən adam olub, incik düşüb hiddətləndiyinə, qəzəbləndiyinə görə, deyil, müəyyən bir niyyətlə qocanı qətlə yetirib. Çox güman ki, bu zaman o vəsiyyətnaməni nəzərdə tutub. Axı məhz o sizdən sonra qocanın yanında olub və onu öldürüb, daha sonra ayaqlarını üzəngiyə ilişdirib və atı vurmağa başlayıb ki, artıq ölmüş qocanı sürüsün. Əgər o keçdiyi cığırda unudub qoyduğu nəsə olmasa idi, əlbəttə, hər şey yaxşı ola bilərdi..."