Bir gün sevinc mütləq acılara qalib gələcək.
Sən sevinc göz yaşlarına qərq olacaqsan, xoşbəxtliyi ovucunda görəcəksən. Əsl dostlar qazanacaqsan, indiyədək yemədiyin dadlı yeməkləri yeyəcəksən. Özünü atmağa hazırlaşdırdığın uçurumun dibindən deyil, qarşındakı gözəl mənzərəyə yuxarıdan baxacaqsan.
Ruhunu zənginləşdirəcək kitabları hələ oxumamısan. Hələ ən böyük qutudan popkorn yeyə-yeyə təzə filmlərə baxmamısan, yorulana qədər rəqs edib, doya-doya sevişməmisən. Gecələr şirin söhbətlər edib, çənən ağrıyana qədər gülməmisən.
Həyat səni gözləyir. Bəlkə də, olduğun yerdə donub qalmısan, amma narahat olma, dünya heç yerə qaçmır. Bacardığın qədər möhkəm ol. Bu fırlanan dünya üzünü əvvəl-axır sənə sarı da çevirəcək. Gözləməyə dəyər. İnan ki, həyat yaşamağa dəyər.
Ən yaxşı restoranlarda nahar edə bilərsən, hər cür ləzzətdən həzz ala bilərsən, San-Pauloda iyirmi min adamın qarşısında çıxış edə bilərsən, dünyanın o biri başına səyahət edə bilərsən, lakin sevgisiz bunların heç bir mənası olmayacaq.
İnsan şəhər kimidir. Bəzi xoşagəlməz tərəflərinə görə yerdə qalan hissələrinə nifrət edə bilməzsən. Xoşlamadığın şeylər ola bilər, bəzi qaranlıq küçələr, xoşagəlməz məhlələr və dalanlar, lakin ümumilikdə şəhərin sevimli yerləri daha çox ola bilər