Fədayə

Fədayə
@_fedaye_
“Tanrım, bana kitap dolu bir ev çiçek dolu bir bahçe ver.”
Konfüçyüs
Konfüçyüs
Hüquqşünas
MAA,BDU
45 okur puanı
Haziran 2021 tarihinde katıldı
7/10
·244 syf.··
2025 2. kitabı
Yazar depressiyanı və bu halı yaşayan insanların hisslərini öz şəxsi təcrübəsinə əsasən çox real və təsirli şəkildə izah edib. Mən də bu kitabı məhz həmin çətin “dönəmlərdə” oxumağa başlamışdım. Bəzən elə gəlirdi ki, sanki yazar mənim duyğu və düşüncələrimi qələmə alıb. Amma kitabı tamamlamağı yalnız özümü yaxşı hiss etdiyim vaxtlarda bacardım. Əvvəlki hissələr mənə bir az uzun və yorucu gəldi. Düzdür, müəllif yaşadıqlarını detallı təsvir edir, amma bu bəzən çox uzadılmış təsir bağışlayır. Məncə bu hissə uğurlu alınmayıb. Xüsusilə də depressiyada olan insanlar üçün uzun-uzadı təsvirlər daha da sıxıcı ola bilər. Oxuyarkən tez-tez “görəsən nə vaxt sağ qalmaq üçün səbəblərdən danışacaq?” deyə düşündüyümü xatırlayıram. Ümumilikdə kitab haqqında fikrim müsbətdir. Sadəcə olaraq, hisslərin uzun təsvirinə bu qədər yer ayrılmasındansa, müəllifin depressiyanı necə aşdığına daha geniş diqqət yetirilməsi daha faydalı olardı. Kitabda ən çox xoşuma gələn məqam isə müəllifin həyatındakı sevgi dayağı idi. O çətin illərdə sevgilisi (indiki həyat yoldaşı) Andrea Semple hər zaman onun yanında olub və onu tək buraxmayıb. Bu, mənim üçün kitabın ən dəyərli mesajlarından biri idi: sevgi bəzən ən güclü “dərman”dır.
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20182,671 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
10/10
·352 syf.··
Beğendi
·
2025 1. kitabı
·
158 günde okudu
·
Okunma: 09 Haziran 2025 14:56
Kitaba 6 ay öncə başlasam da indi bitirə bildim.Məncə ən doğru zaman da indi idi. Kitabı bitirəndən sonra baş qəhrəmanı qucaqlamaq istədim... Kitabı oxuyanda o qədər zövq aldım ki. Fərqli həyatlar yaşamaq, etdiyin səhvlərə görə təəssüf hissi keçirmək, yekunda özünü tapmaq, əslində önəmli olanın nəyə baxdığın deyil nə gördüyünün olmağının fərqinə varmaq... Məncə ən çox daim özüngünahlandıran, etdiklərinə və ya edə bilmədiklərinə görə təssüf hissi keçirən hər kəs oxumalıdır
Hayata Dair
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202497,8bin okunma
7/10
·384 syf.··
Beğendi
·
2023 2. kitabı
Mənə görə bir kitab yeni nəsə qatırsa, bir bilgi verirsə , nələrisə düşünməyə vadar edirsə ,axıcı və oxunaqlıdırsa əla kitabdır. Doğrudur kitab əxlaqi dəyərləri daha çox təbliğ edir amma demək olar ki hamsı bildiyimiz mövzulardır. Yəni tez tez rastlaşdığımız. Səbrli, nəzakətli, dürüst , vicdanlı olmalıyıq, tənbəl , olmamalıyıq, hər nə olur olsun vəziyyətin yaxşıya doğru dəyişəcəyinə inanmalıyıq və s. Kitabın başlarında oxuyanda sıxılırdım. Hətta iki dəfə yarım saxlamışam. Amma əlimdə olan kitabları bitirmədən yeni kitablar atmayacağıma söz verdiyimə görə oxumağa davam etdim. Hadisələr Amerikada Vətəndaş müharibəsi dövrünə təsadüf edir. Ailənin baçsı- Cənab Març müharibədədir. Və ata müharibədə olduğu dövrdə ananın və dörd qızının yaşadığı macəralarından , gündəlik yaşadıqlarından bəhs edir. Obrazları bir-birindən maraqlı və rəngarəng idi. Hər birinin özünə məxsus xüsusiyyəti vardı. Kitab oxumağa dəyərmi? Dəyər. Dediyim kimi tanış olduğumuz nəsihətlər olsa da ən azından qızların xəyal dünyasına qonaq olmaq üçün oxumağa dəyər. Kitabın Filmi də var. Amma kitabda bəzi hisslər var ki inanmıram ki filmdə onu hiss edə biləsən.
Balaca QadınlarLouisa May Alcott · 019,5bin okunma
10/10
·455 syf.··
Beğendi
·
2023 1. kitabı
·
17 günde okudu
·
Okunma: 24 Mart 2023 12:31
İki qadını birləşdirən amansız tale, onların dostluğu,  sədaqət,  sevgi , müharibə.... Hər biri o qədər ustalıqla təsvir olunub ki. Əsəri oxuyanda acını , kədəri, vicdan əzabını  iliklərinə qədər hiss edirsən. Yazarın hissləri oxucuya ötürmə qabiliyyəti mükəmməldir. Əsərin ən sevdiyim yanı çox axıcı təhkiyəsi olması və nikbin sonla bitməsidir. Bu kitabı "qadınların mütləq oxumalı olduğu kitablar " siyahısında görmüşdüm. Bu fikirlə razılaşıram , amma düşünürəm nəinki qadınlar bütün cəmiyyət oxumalıdır.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,2bin okunma
10/10
·320 syf.··
Beğendi
·
2022 12. kitabı
"Nağıllara inanmıram, çünki nağıllar həmişə yaxşı sonluqla bitir. Real həyatda isə bu belə deyil..." Kaş ki bu nağıl da yaxşı sonluqla bitərdi ,Zaur... Bir Ovuc torpaq... Roman çox böyük ustalıqla yazılıb ,hisslər mükəmməl şəkildə oxucuya çatdırılır. Sevgi ,nifrət, vətənpərvərlik, vətən həsrəti ...Sujet xətti o qədər maraqlıdır ki, birnəfəsə oxudum. Oxuyun
Bir Ovuc TorpaqVaris · Vektor · 2009472 okunma